nuru_fototex.e.n.,dos. Nuru Ağabala oğlu Mikayılov

1947-ci il  iyun ayının 24-də  Xaçmaz rayonunun Köhnə Xudat  kəndində anadan olmuşdur.

1964-cü ildə  Xudat şəhər orta məktəbini bitirib Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur.
1969-cu ildə universitetinin mexanikaşünas ixtisasını bitirərək əyani aspiranturaya göndəriş almışdır.
1970-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda aspiranturaya daxil olmuşdur.

1973-ci ildə dissertasiya işini təqdim etməklə aspiranturanı bitirmiş və “Nəzəri mexanika” kafedrasında assistent vəzifəsində saxlanılmışdır.

1975-ci ildə Azərbaycan Dövlət Neft və Kimya institutunun Elmi Şurasında “Neftçıxarmada ikimayeli sistemlərin müstəqil hərəkətinin istilik və hidrodinamik tədqiqi” mövzusunda texnika elmləri üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.

2000-ci ilədək Azərbaycan Dövlət Neft Akademiyasında assistent, baş müəllim və dosent vəzifələrində çalismisdir. Neft Akademiyasının göndərişi ilə 1993-1996-cı illərdə Türkiyənin Sakarya vilayəti Adapazarı şəhərində riyaziyyat müəllimi olaraq çalışmışdir.  Kiyev, Suzdal, Ufa, Bakı şəhərlərində keçirilən ümumittifaq və beynəlxalq elmi konfranslarda çıxışlar etmişdir. 33 elmi məqalənin və 2 ixtiranın müəllifidir.

2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Riyaziyyat” kafedrasının dosent, 2007-ci ildən Kommersiya fakültəsinin dekanı vəzifəsində işləmişdir.
2009-2016-cə illərdə İnformatika və idarəetmə fakültəsinin dekanı vəzifəsində işləyib.

Hazırda UNEC-də Rektorun kolleclər üzrə məslə­hət­çisidir, “Riyaziyyat və statistika” kafedrasının dosentidir.

2006-cı ildə nəşr olunmuş “Ali riyaziyyat kursuna aid məsələ və misallar” (iki cildli) İqtisad universitetləri üçün dərs vəsaitinin müəllifidir.
2007-ci ildə  “Ali riyaziyyat kursundan mühazirələr” kitabı nəşr edilmişdir.

Pedaqoji fəaliyyətinə görə 2007-ci ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.

AR Prezidentinin 26 sentyabr 2011-ci il Sərəncamına əsasən Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar Müəllim” fəxri adına layiq görülmüşdür.

UNEC-in Elmi Şurasının 24.11.2017-ci il tarixli iclasının qərarına əsasən N.Mikayılova Fəxri professor adı verilmişdir.

Evlidir, bir övladı, nəvələri var.

DSC_2242DSC_00111-DSC_2601kollec (8)kollec (1)

dos.N.Mikayılov UNEC NEWS-da

Maliyyə-İqtisad Kollecində Dövlət Bayrağı və Konstitusiya Günü (10.11.2017)

DSC_43640P2A7297_DSC02630P2A7320 0P2A7316

5143 2