nuru_fotodosent Nuru Ağabala oğlu Mikayılov

1947-ci il  iyun ayının 24-də  Xaçmaz rayonunun Köhnə Xudat  kəndində anadan olmuşdur.

1964-cü ildə  Xudat şəhər orta məktəbini bitirib Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1969-cu ildə universitetinin mexanikaşünas ixtisasını bitirərək əyani aspiranturaya göndəriş almışdır. 1970-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda aspiranturaya daxil olmuşdur.

1973-ci ildə dissertasiya işini təqdim etməklə aspiranturanı bitirmiş və “Nəzəri mexanika” kafedrasında assistent vəzifəsində saxlanılmışdır.

1975-ci ildə Azərbaycan Dövlət Neft və Kimya institutunun Elmi Şurasında “Neftçıxarmada ikimayeli sistemlərin müstəqil hərəkətinin istilik və hidrodinamik tədqiqi” mövzusunda texnika elmləri üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.

2000-ci ilədək Azərbaycan Dövlət Neft Akademiyasında assistent, baş müəllim və dosent vəzifələrində çalismisdir. Neft Akademiyasının göndərişi ilə 1993-1996-cı illərdə Türkiyənin Sakarya vilayəti Adapazarı şəhərində riyaziyyat müəllimi olaraq çalışmışdir.  Kiyev, Suzdal, Ufa, Bakı şəhərlərində keçirilən ümumittifaq və beynəlxalq elmi konfranslarda çıxışlar etmişdir. 33 elmi məqalənin və 2 ixtiranın müəllifidir.

2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Riyaziyyat” kafedrasının dosenti vəzifəsində çalışır. 2007-ci ildən Kommersiya fakültəsinin dekanı vəzifəsində işləmişdir.
2009-2016-cə illərdə İnformatika və idarəetmə fakültəsinin dekanı vəzifəsində işləyib.

Hazırda UNEC-də Rektorun kolleclər üzrə məslə­hət­çisidir.

2006-cı ildə nəşr olunmuş “Ali riyaziyyat kursuna aid məsələ və misallar” (iki cildli) İqtisad universitetləri üçün dərs vəsaitinin müəllifidir. 2007-ci ildə  “Ali riyaziyyat kursundan mühazirələr” kitabı nəşr edilmişdir.

Pedaqoji fəaliyyətinə görə 2007-ci ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.

AR Prezidentinin 26 sentyabr 2011-ci il Sərəncamına əsasən Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar Müəllim” fəxri adına layiq görülmüşdür.

Evlidir, bir övladı, nəvələri var.

DSC_22421-DSC_2601kollec (8)kollec (4)kollec (1)

1544 2