mal_yegana_fotoi.f.d. Həkimova Yeganə Allahyar qızı

1973-cü il iyulun 13-də Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur.

1980-1990-cı illərdə Qazax rayonu Kəmərli kənd orta məktəbində təhsil almışdır.

1990-cı ildə Uçot-İqtisad texnikumunu bitirmişdir.

1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr pilləsini;
2002-ci ildə magistratura pilləsini bitirərək, Uçot-iqtisad ixtisasına yiyələnmişdir.

1993-cü ildə əmək fəaliyyətinə İqtisad Universitetinin Mühasibatlıq şöbəsində mühasib kimi  başlamışdır.

1996-2003-cü illərdə İqtisad Universitetində baş laborant;
2003-cü ildə “Maliyyə” kafedrasında  saathesabı müəllim  vəzifələrində çalışmışdır.

2004-cü ildən “Maliyyə” (hazırda “Maliyyə və maliyyə institutları”) kafedrasında  müəllim  vəzifəsində çalışır.

 

 

*

2011-ci ildə İqtisad Universitetinin doktoranturasına daxil olmuşdur. Namizədlik dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Maliyyə-büdcə problemlərinə dair 1 dərslik, 1 dərs vəsaiti, 4 metodik göstəriş və tədris proqramının, 5  elmi məqalənin  müəllifidir.

Ailəlidir, iki övladı var.
*

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

IMG_20180424_154503IMG_20180424_151434valideyn_unec3

Valideynlər övladları üçün UNEC-i seçir (25.01.2017)