C9C7396E-B584-44F7-A422-8225147CD4F2hüq.f.d., dos. Mustafayeva Ərəbiyyə Ənvər qızı

04 sentyabr 1978-ci ildə anadan olmuşdur.

1995-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsinə daxil olmuş və 1999-cu ildə həmin fakültənin bakalavr pilləsini bitirmişdir.

2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin magistratura pilləsinə daxil olmuş və 2002-ci ildə hüquqşünas ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2002-ci ilin noyabr ayından 2003-cü ilin sentyabr ayına qədər “VİZA” hüquq firmasında məsləhətçi hüquqşünas, 2003-cü ilin sentyabr ayından 2004-cü ilin sentyabr ayınadək Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində metodist işləmişdir.

2004-cü ili sentyabrından 2015-ci ilin fevral ayına qədər Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi hüquq” kafedrasında böyük laborant vəzifəsində çalışmışdır.
02 fevral 2015-ci il tarixindən “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müəllim, baş müəllim vəzifələrində çalışıb.

20.04.2022-ci il tarixdən həmin kafedranın 0,5 ştat əvəzçiliklə dosenti vəzifəsinə keçirilib.

 

 

*

2007-ci ildə Bakı Dövlət Universitetinin “Əmək və ekologiya hüququ” kafedrasına dissertant qəbul olunmuş,  “İşçi əmək hüququnun subyekri kimi” mövzusunda hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müdafiə edərək  hüquq üzrə fəlsəfə dokroru alimlik dərəcəsini almışdır.

09.09.2020-ci il tarixdən Mustafayeva Ərəbiyyə UNEC-in elmi katibi vəzifəsinə təyin edilmişdir.

30 elmi məqaləninin, 2 tədris proqramının, 1 monoqrafiyanın müəllifidir. Əmək Məcəlləsinin Kommentariyasının həmməllifidir.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI

DSC_9627arabiyya_9104shuraadfbc9e0c571da0arabiya436_6734635983707293906_n

Radio UNEC-də müzakirə: Təcrübə mübadiləsi gənc müəllimlərə nə verib (27.02.2018)

b/m. Ə.Mustafayeva UNEC NEWS-da