huquq_arabiyyahüq.f.d. Mustafayeva Ərəbiyyə Ənvər qızı

04 sentyabr 1978-ci ildə Ağdam şəhərində anadan olmuşdur.

1995-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsinin I kursuna daxil olmuş və 1999-cu ildə həmin fakültənin bakalavr pilləsini bitirmişdir.

2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin magistratura pilləsinin I kursuna daxil olmuş və 2002-ci ildə hüquqşünas ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2002-ci ilin noyabr ayından 2003-cü ilin sentyabr ayına qədər “VİZA” hüquq firmasında məsləhətçi hüquqşünas, 2003-cü ilin sentyabr ayından 2004-cü ilin sentyabr ayınadək Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində metodist işləmişdir.

 

 

*

2004-cü ili sentyabrından 2015-ci ilin fevral ayına qədər Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi hüquq” kafedrasında böyük laborant vəzifəsində çalışmışdır.
02 fevral 2015-ci il tarixindən isə “İqtisadi hüquq” kafedrasının müəllimi vəzifəsində çalışır.

2007-ci ildə Bakı Dövlət Universitetinin “Əmək və ekologiya hüququ” kafedrasına dissertant qəbul olunmuş,  “İşçi əmək hüququnun subyekri kimi” mövzusunda hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müdafiə edərək  hüquq üzrə fəlsəfə dokroru alimlik dərəcəsini almışdır.

19 elmi məqaləninin, 2 tədris proqramımın, 1 monoqrafiyanın müəllifidir.

Subaydır.