Kazımova İlhamə (Qida məhsullarının texnologiyası)tex.f.d. Kazımova İlhamə Hüseyn qızı

23 noyabr 1974-cü ildə Gəncə şəhərində anadan olmuşdur.

1993-cü ildə Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetinin «Şərabçılıq və Konservləşdirmə» fakültəsinə qəbul olmuşdur. 1994-cü ildə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun “İaşə məhsullarının texnologiyası” ixtisasına keçirilərək, 1999-cu ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin həmin ixtisasın maqistr pilləsini fərqlənmə diplomları ilə bitirmişdir.

2008-ci ildə  kafedraya doktoranturaya  qəbul olmuş və 2013-cü ildə bitirmişdir.

2014-cü ildə 3309.01 “Qida məhsullarının texnologiyası” ixtisası üzrə “Müxtəlif üzüm sortlarından istifadə konyak şərab materialı istehsalı texnologiyasının işlənməsi” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək texnika üzrə fələsəfə doktoru elmi dərəcəsi almışdır. 2016-cı ildən “Qida məhsullarının texnologiyası” kafedrasının 3309.01 “Qida məhsullarının texnologiyası” ixtisası üzrə elmlər doktoru üzrə dissertantıdır.

2002-ci ildən «Qida məhsullarının texnologiyası» kafedrasında çalışır.
2007-2015-ci illərdə kafedrada saat hesabı dərs aparıb, 2016-cı ildən «Qida məhsullarının texnologiyası» kafedrasında müəllim, 2018-ci ildən isə həmin kafedrada baş müəllim vəzifəsində işləyir.

Hazırda UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının baş müəllimidir.

 

 

 

*

İ.H.Kazımova 175 elmi əsərin müəllifidir, onlardan: 3 dərslik, 6 dərs vəsaiti, 1 monoqrafiya, 25 tədris proqramı (maqistr və bakalavr pilləsi üçün),  məqalələr (xaricdə və respublikada), onlardan 6 məqalə “Clarivate Analyties” şirkətinin “SCOPUS” platformasındakı (Q2) EASTERN-EUROPEAN  JOURNAL  OF  ENTERPRİSE  TECHNOLOGİE , TECHNOLOGY AND EQUİPMENT OF FOOD PRODUCTİON 6/11 (114) 2021), 2/11 (116) 2022), №11 (120) 2022, №.11 (121).2023, №.11 (122).2023, «Химия растительного сырья» №2 2023“Clarivate Analyties” şirkətinin “Werb of Science” platformasındakı  1 məqalə Sylwan Journal , [SYLWAN., 162(4)]. ISI Indexed   WARSZAWA, POLAND, 2018, və 1 məqalə İFZ KLOSTERNEUBURG, ISI İNDEXED JOURNAL, MITTEILUNGEN KLOSTERNEUBURG, 70 (2020) 1, Avstriya 2020), və tezis (xaricdə və respublikada). Eyni zamanda 1 dərslik, 1 dərs vəsaitində həmmüəllif kimi iştirak edərək çalışır.

İ.H.Kazımova Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) differensial əmək haqqı sisteminin 2015/16-cı (59 yer), 2016/2017-ci (96 yer), 2019/2020 – ci (68 yer), 2020-2021-ci (34 yer) tədris illərinin  nəticələrinə görə ilk yüzlüyə daxil olmuşdur.

Bir sıra beynəlxalq və respublika səviyyəli konfranslarda və simpoziumlarda elmi məqalələrlə çıxış etmiş və diplomla təltif olunmuşdur.

Ailəlidir, iki övladı var.

DSC_8415qida_0045ser11мокser22мок

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI