Kazımova İlhamə (Qida məhsullarının texnologiyası)tex.f.d. Kazımova İlhamə Hüseyn qızı

23 noyabr 1974-cü ildə Gəncə şəhərində anadan olmuşdur.

1993-cü ildə Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetinin Şərabçılıq və Konservləşdirmə fakültəsinə qəbul olmuşdur. 1994-cü ildə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun “İaşə məhsullarının texnologiyası” ixtisasına keçirilərək, 1999-cu ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin həmin ixtisasın maqistr pilləsini fərqlənmə diplomları ilə bitirmişdir.

2008-ci ildə  kafedraya doktoranturaya  qəbul olmuş və 2012-ci ildə bitirmişdir.

2014-cü ildə 3309.01 “Qida məhsullarının texnologiyası” ixtisası üzrə “Müxtəlif üzüm sortlarından istifadə konyak şərab materialı istehsalı texnologiyasının işlənməsi” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək texnika üzrə fələsəfə doktoru elmi dərəcəsi almışdır.

2002-ci ildən «Qida məhsullarının texnologiyası» kafedrasında çalışır.
2007-2015-ci illərdə kafedrada saat hesabı dərs aparıb. Hazırda kafedranın müəllimidir.

 

 

 

*

139 elmi əsərin müəllifidir: məqalə (xaricdə və respublikada, onlardan 6-sı  İmpakt Faktor Göstəriciləri olan “Vinodeliye i Vinoqradarstvo” jurnalında, 1 məqalə “Clarivate Analyties” şirkətinin “Werb of Science” platformasındakı Sylwan Journal , 162(4) WARSZAWA, POLAND  jurnalında), tezis (xaricdə və respublikada) və 25 dərs proqramı (maqistr və bakalavr pilləsi üçün),  1 dərslik, 4 dərs vəsaiti və 1 monoqrafiya çap etdirmişdir. Eyni zamanda 2 dərslik, 2 dərs vəsaiti həmmüəllif kimi iştirak edərək çalışır.

Bir sıra beynəlxalq və respublika səviyyəli konfranslarda və simpoziumlarda elmi məqalələrlə çıxış etmiş və diplomla təltif olunmuşdur.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) differensial əmək haqqı sisteminin 2015/16-cı (59 yer) və 2016/2017-ci (96 yer) tədris illərinin  nəticələrinə görə ilk yüzlüyə daxildir.

2016-ci ildən “Qida məhsullarının texnologiyası” kafedrasının dissertantıdır (elmlər doktoru üzrə).

Ailəlidir, iki övladı var.

DSC_8415qida_0045ser11мокser22мок

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI