UNEC Beynəlxalq İqtisadiyyat Məktəbinin “HOPE” (“ÜMİD”) komandası ABŞ Dövlət Departamentindən qrant qazanıb

26 APREL 2016 | VIEWS:
2874

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti dünyada ekstrimizmlə internet və sosial media üzərindən mübarizə üçün yeni layihə təqdim edib. “Challenging Extremism” adlanan layihənin məqsədi müxtəlif ölkələrdə universitet tələbələrinin sosial mediadan düzgün istifadə etməklə yaşadığı cəmiyyətdə ekstremizmlə mübarizəni gücləndirmək, gəncləri ekstremizmdən uzaqlaşdırmaqla daha təhlükəsiz cəmiyyətin formalaşmasına nail olmaqdır.

Artıq ikinci il keçirilən bu layihədə Avropa, Amerika və Asiya ölkələrinin universitetləri fəal iştirak edirlər. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin Layihələr və Xarici tələbələr üzrə meneceri Fəxri Məmmədov bu layihədə iştirak etmək üçün Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələrindən ibarət olan “HOPE” (HOPE – Humanity Occurs in a Peaceful Environment) komandasını formalaşdırıb. Komandanın təklifləri ABŞ Dövlət Departamenti tərəfindən bəyənilib və layihəni tam həyata keçirmək üçün komandaya qrant ayrılıb. Qrant əsasən reklam banerlərinin, koynəklərin, broşürların alınması, sosial mediada reklam yerləşdirilməsi, logo hazırlanması və flaşmob keçirilməsinə sərf olunacaqdır.

Qalib universitetin komandası Vaşinqtona dəvət olunacaq.

2875 1