UNEC-də “Sosial iş” ixtisası üzrə xarici alimlər tərəfindən təlimlər aparılır

14 YANVAR 2021 | VIEWS:
1197

???????????????????????????????????????????????????????????????????UNEC-də yeni tədris olunan  ixtisaslar üzrə  Türkiyənin, Almaniyanın və İsveçrənin aparıcı universitelərinin alimləri tərəfindən həmin fənlərin tədrisində istifadə olunan, müasir tələblərə cavab verən sillabuslar, dərslklər,  təqdimatlar  əsasında təlimlər  keçirilir.

Təlimlər Türkiyənin İstnye Universitetindən Prof. Dr. İlhan Tomanbay, Doç.Dr. Emel Yurtsever, Doç.Dr. Gülcan Urhan, İstanbul Universitetindən Doç.Dr. Taner Artan tərəfindən “Sosial iş” ixtisasının “Sosial iş ixtisasına giriş”,  “Sosial işin nəzəriyyəsi və təcrübəsi”, ”Sosial iş təcrübəsində etik prinsiplər”, ”Sosial işdə idarəetmə” fənləri üzrə xüsusi hazırlanmış proqram üzrə  aparılır.

14-15 yanvar tarixlərində keçiriləcək təlimlərdə qonaq qismində dəvət olunan Almaniyanın Fachhochschule Des Mittelstandes Universitetindən prof. Dr.Feyzullah Gokdemir digər təlimçilərlə birlikdə  “Sosial iş” ixtisasının özəllikləri, karyera imkanları barədə beynəlxalq təcrübəni paylaşacaq. Türkiyə ilə yanaşı, Almaniyada həmin  fənlərin tədrisində  vacib olan məqamları bölüşərək, UNEC-in professor-müəllim heyəti ilə birlikdə  müzakirələr aparacaqlar.

Xatırladaq ki, UNEC-ə “Sosial iş” ixtisası üzrə bakalavr qəbulu 2020/2021-ci tədris ilindən aparılır.

*

https://news.unec.edu.az/xeber/106-tedris/7049-unec-de-sosial-ish-ixtisasi-uzre-xarici-alimler-terefinden-telimler-aparilir

1198 3