bux_qahraman_fotoi.e.n. Rzayev Qəhrəman Rəsul oğlu

10 fevral 1932-ci ildə Ordubad rayonunun Əndəmic kəndində anadan olmuşdur.

1954-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1957-ci ilədək təyinatla Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər qarışıq mallar ticarət idarəsində direktor müavini vəzifəsində işləmişdir.

1957-ci ildə Bakı şəhərinə gəlmiş və 1998-ci ilədək Azərbaycan Dövlət Plan Komitəsi və Azərbaycan KP MK-də məsul vəzifələrdə çalışmışdır.

Uzun illər müxtəlif nazirlik və dövlət təşkilatlarının nəzarət-təftiş və mühasibatlıq orqanlarına rəhbərlik etməklə yanaşı, elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Azərbaycan Dövlət Universitetində qiyabi aspiranturanı bitirib iqtisad elmləri namizədi alimlik dərəcəsi adı almışdır.

 

 

 

Leninqrad Maliyyə-İqtisad İnstitutu yanında mühasibat uçotu ixtisası üzrə müəllimlər hazırlayan məktəbdə təhsil almışdır.

1998-ci ildən İqtisad Universitetinin Uçot-iqtisad fakültəsinin “Mühasibat uçotu” kafedrasının dosenti vəzifəsində çalışmışdır.

2004-2005-ci tədris ilində Universitetin Uçot-iqtisad fakültəsinin dekanı vəzifəsini icra etmişdir.

Hazırda İqtisad Universitetinin Fəxri professorudur.

13 adda dərslik, dərs vəsaiti  və 90-dan artıq elmi-metodiki  məqalənin müəllifidir.

“1941-1945-ci Böyük Vətən müharibəsi illərində əməkdə fərqlənməyə görə”, 2010-cu ildə “Qələbənin 60 illiyi” və 2006-cı ildə təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalları ilə təltif olunmuşdur.

Ailəlidir, iki övladı və nəvləri var.