10 oktyabr 1956-ci ildə Ağdam rayonunun Xındırıstan kəndində anadan olmuşdur.
1979-cu ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini, 1997-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmişdir.
1978-1992-ci illərdə BDU-da laborant, baş laborant, laboratoriya müdiri, baş müəllim vəzifələrində işləmişdir. 1992-1995-ci illərdə Azərbycan Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışmışdır.
1996-2003-cü illərdə BDU-nun “Sosioloji tədqiqatlar” problem laboratoriyasında elmi işçi vəzifəsində işləmişdir. 1997-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Gömrük işinin təşkili və idarə olunması fənnini saathesabı müəllim kimi tədris etmişdir.
*
2007-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasında baş müəllim işləyib.
Hazırda UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda elmi katib vəzifəsində çalışır.
UNEC-in “İqtisadiyyat və biznesin idarə edilməsi” kafedrasının baş müəllimidir (0.5).
Ailəlidir, iki övladı və nəvələri var.
UNEC alimləri müzakirə edir: “Təhsilin keyfiyyətinə təsir edən amillər” (29.03.2018)