saleh22Səfərov Saleh Səfər oğlu (1954-1993)

Səfərov Saleh Səfər oğlu 1 fevral 1954-cü ildə Ağdamda anadan olub. Ağdam şəhər 1 saylı orta məktəbi bitirib. 1970-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüaftı İnstitutuna (indiki UNEC) qəbul olunub. 1974-cü ildə İnstitutu bitirib.

1974-76-cı illərdə Ukraynanın İvano-Frankovski şəhərində əsgəri xidmətdə olub. Əsgərlikdən qayıtdıqdan sonra Ağdam rayon maliyyə şöbəsində müfəttiş vəzifəsində çalışıb. 1977-ci ildə Ağdam rayon Kənd təsərrüfatı texnikumunun qiyabi şöbəsinə daxil olan Saleh, 1980-ci ildə həmin texnikumu bitirib. 1983-cü ildə Ağdam rayon daxili işlər şöbəsinə baş müfəttiş vəzifəsinə təyin olunub. 1986-cı ildə kapitan, 1990-cı ildə isə mayor rütbəsinə yüksəlib. S.Səfərov 1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsinə daxil olub. 1992-ci ildə iqtisadi cinayətkarlığa qarşı mübarizə şöbəsində işə başlayıb.

Azərbaycan-Ermənistan münaqişəsi başlandığı gündən şöbənin əməkdaşları ilə birlikdə Ağdam rayon mərkəzinin və kəndlərinin müdafiəsində dayanıb. Saleh Səfərov 1993-cü il yanvarın 15-də Ağdamın Qiyaslı kəndində gedən döyüşlərdə şəhid olub.

Evli olub. İki övladı var.

*
UNEC şəhidlərini ehtiramla yad edir (01.02.2018)
Şəhid qızı: “UNEC atamın xatirələri ilə zəngin yeganə məkandır” (15.01.2018)
UNEC şəhidlərini ehtiramla yad edir (15.01.2017)
Ailə üzvlərinin UNEC-in şəhid məzunu Saleh Səfərov barədə xatirələri…(01.02.2017)

saleh11saleh4-1024x691

saleh3-1024x719saleh1024_1

*

1-DSC_79451-DSC_79481-DSC_79511-DSC_7956