mba555

UNEC BİZNES MƏKTƏBİ 

PROQRAM: BİZNESİN İDARƏ EDİLMƏSİ (MBA) 

İXTİSASLAŞMA: SƏHİYYƏNİN İDARƏEDİLMƏSİ

 

İxtisaslaşmanın məqsədi:

Səhiyyənin idarə edilməsi proqramı biznes sektorunun köməyi ilə səhiyyə sahəsinə transformasiya etmək istəyən və bu sahəyə maraq göstərən şəxslər üçün nəzərdə tutulmuşdur. Bu proqram səhiyyənin idarə edilməsi üzrə texniki və idarəçilik bacarığını  özündə birləşdirən sahələrarası ixtisaslaşmasıdır. Bu proqramda baza təhsili əczaçılıq, mühəndislik, sosial və humanitar sahələrdə formalaşmış şəxslərin təhsil alması mümkündür.  Səhiyyənin idarə edilməsi proqramını tədris edən şəxslər səhiyyə sektorunda xidmət göstərən, iqtisadi hüquq və qanunvericiliyi bilən, iş etikası təkmil olan və analitik qərar vermək təcrübəsinə malik olan peşəkar mütəxəssislərdən ibarətdir. Bu proqramda əməliyyatların idarəedilməsi, iqtisadiyyat, maliyyə və marketinq fənləri ilə yanaşı səhiyyə xidmətləri sistemi, səhiyyə təşkilatlarının idarəedilməsi, səhiyyədə hüquq və etik məsələlər, səhiyyənin innovasiyası və qiymətləndirilməsi kimi sahələri əhatə edən fənlər tədris edilir.

 

MBA proqramının müddəti və ünvanı:

Səhiyyənin idarə edilməsi proqramı üzrətəhsil Avropa Kredit Transfer Sistemi uyğun olaraq 4 semestr (2 il) ərzində 10 ümumi fənn üzrə60 kre­dit, 4 seç­mə (ix­ti­sas) fənn üz­­­rə24 kredit və buraxılış layihəsi üzrə 12 kredit ol­maq­la, cəmi 96  kreditlə tamam­lanır.

Bu ixtisas üzrə kreditlər ABŞ Kredit Sisteminə ekvivalent olaraq hesablandıqda isə təhsil 4 semestr (2 il) ərzində10 ümumi fənn üzrə30 kre­dit, 4 seç­mə (ix­ti­sas) fənn üz­­rə12 kredit və buraxılış layihəsi üzrə 6 kredit ol­maq­la, cəmi 48 kreditlə tamam­lanır.

Dərslər payız, yaz və yay semestrlərində həftədə ikidəfə olmaqla, Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6, AZ1001 ünvanında keçirilir.Əlaqə: e-mail: mba@asue.edu.az, tel/fax +99412 4976267

 

MBA proqramına qəbul şərtləri:

Əsas təhsili iqtisadiyyat sahəsinə aid olan və olmayan ixtisaslar üzrə bakalavr də­rə­cəsi almış namizədlər DİM (Dövlət İmtahan Mərkəzi) qəbul imtaha­nın­dan uğurla keç­mək­lə MBA proqramına qəbul olunurlar.

 

MBA proqramında tədris metodlarının üstünlükləri:

Bu proqram ali təhsilli ixtisaslı mütəxəssislərə öz rəhbərlik keyfiyyətinin yük­səl­dilməsinə, sistemli bilik, bacarıq və işgüzar idarəetmə vərdişlərinin mənimsənilməsinə və peşəkarlıq sə­viy­yəsinin da­vam­lı olaraq artırılmasınıa müasir biznes informa­si­ya­sı­nın araşdırılmasına, ana­litik dü­şün­mə və qərarvermə qabiliyyətinın inkişafına, biznes eti­ka­sı, təqdimat qabiliyyəti, vax­tın ida­rə­edil­məsi və sa­hib­­karlıq məntiqinin for­ma­laşdırılmasına şərait yaradır. Proqram ma­gistrant­ları cə­miyyət, müəs­­sisə və təşkilatların idarə olunmasında məsul vəzifələr tutmağa hazırlayır. Nəzəri və praktik məlu­mat­­larla yanaşı, proqramda nümunə kimi konkret biznes halları (case study) mü­­za­kirə edi­lir, rol oy­nama, biznes oyunu, müxtəlif ssenarialarıntəqdimatları, qrup və la­yi­­hə ça­lış­maları həyata keçirilir və bu zaman müasir tədris me­tod və texnologiyalarından istifadə edilir. Proqram ict­i­mai əhəmiyyətli qeyri-hökumət, qeyri-dövlət və kommersiya yönüm­lü təş­­ki­lat­larda struk­tur və fəaliyyət sahəsinə təsir edəcək dəyişikliklərin çevik ida­rə­edil­mə­si, qanun­ve­ri­­cilikdə və biznes mühitində yeni meyil­lərin öncədən (proaktiv) araşdırıl­ma­sı vərdişlərini aşı­layır. Magistrantın fənni mənimsəməsi həf­tə­­lik və yarım semestrlik testlər (quiz), dərs­də iştirak səviy­yə­si, ev tap­şı­rıq­ları və kumulativ (semestr imta­hanı) imta­han əsasında (test və yazılı forma­da açıq sual­lar­dan ibarət olmaqla) qiymətlən­dir­ilir.

 

MBA proqramında tədris kadrları:

Proqram UNEC-in müəl­limləri ilə yanaşı, digər ali təhsil müəssisələrinin professor-müəllim heyə­ti, ölkə­də fəaliyyət göstərən yerli və xarici təşkilatlarda məsul vəzifədə çalışan rəhbər şəxslər, peşə­kar menecerlər və müqavilə əsasında dünyanın aparıcı təhsil müəssisələrindən dəvət edilmiş profes­sor-müəllim heyətinin elmi bilik və praktik potensialından faydalanır.

 

Diplom:

Təhsilini tamamlamış magis­tr­ öz ixtisası üzrə magistr elmi-ixtisas də­rəcəsi və diplomu ilə təltif olu­nur və ona bu dərəcəyə uyğun olan hüquq və imtiyazlar verilir.

 

Qiymətli kağızlar ixtisası üzrə keçirilən fənlər:

Birinci semestr:

SMO 652                    Liderlik və təşkilati davranış

MGTSC 501               Biznes statistikası

ECON 503                 Menecment iqtisadiyyatı

ACCTG 503               Maliyyə uçotu(F3)

 

İkinci semestr:

SMO 502                    Strategiya, təşkilat və innovasiya

FIN 502                      Korporativ maliyyə

MARK 502                Marketinq strategiyası

ACCTG 502               İdarəetmə uçotu(F2)

 

Üçüncü semestr:

OM 502                      Əməliyyatlar idarəedilməsi

BLAW 642                Biznes hüququ (F4)

 

Dördüncü semestr – 4 əsas seçmə fənn

HCMG 634                Səhiyyə xidmətləri sistemi

HCMG 505                Epidemiologiyaya giriş

HCMG 521                Səhiyyə təşkilatlarının idarəedilməsi

HCMG 520                Səhiyyədə informasiya texnologiyaları

HCMG 614                Səhiyyənin marketinqi

HCMG 622                Tənzimlənən xidmətin idarəedilməsi

HCMG 610                Introduction to Primary/Long-Term Care

HCMG 560                Səhiyyənin maliyyələşdirilməsi

HCMG 621                Səhiyyədə  hüquqi və etik məsələlər

HCMG 612                Səhiyyə sferasının  texnologiyaları və informasiya sistemləri

HSMG 644                 Səhiyyədə innovasiya və qiymətləndirmə

BLAW 631                Menecmentin hüquqi aspektləri

SMO 634                    Texnologiya və qlobal rəqabət

RES 620                     Qərarqəbuletmədə tədqiqat metodları

MIS 521                     İdarəetmənininformasiya sistemləri

HRM 602                   Beynəlxalq biznes etikası və korporativ idarəetmə

Buraxılış layihəsi (Capstone paper) – ixtisas sahəsinə aid olan aktual məsələlər üzrə

501 3