tic_aydin_foto

 Səmədov Aydın Hidayət oğlu

1951-ci il iyulun 20-də Bakı şəhərində anadan olub.

1968-1972-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti)  Əmtəəşünaslıq fakültəsində təhsil alıb.

1979-cu ildə Kiyev Ticarət-İqtisad İnstitutunda iqtisad elmləri üzrə namizədlik dissertasiyasını (Mövzu: “Совершенство- вание структуры управлении торговли в Азербайджанской Республики”) müdafiə edib.

1972-1989-cu illərdə AXTİ-da müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.

1990-cı ildə Kommersiya fakültəsinin dekanı olub.

1992-ci ildə Moskva Kommersiya İnstitutunda  doktorluq dissertasiya işini (“Проблемы совершенствования организации управления торговлей в условиях рынка”) müdafiə edib. İqtisad elmləri doktorudur.

1986-cı ildə dosent elmi adı, 1996-cı ildə professor elmi adı verilib.

 

 *

*
1998-ci ildə Rusiya Federasiyası Kommersiya elmləri Akademiyasının müxbir üzvü;
2007-ci ildə həqiqi üzvü seçilib.

2000-2017-ci illərdə «Ticarət» və “Ticarət və gömrük işinin təşkili” kafedralarının professoru olub.

Hazırda “İqtisadiyyat” (rus dilində) kafedrasının professorudur.

100-dən çox dərsliyin,  elmi məqalənin, fənn proqramının,  metodiki dərs vəsaitinin müəllifidir.

*

UNEC-də ustad dərsi: “Kommersiya elminin müasir problemləri” (04.03.2016)