4tex.e.n. Sultanov Çingiz İbrahim oğlu

21 oktyabr 1929-cu ildə Bakı şəhərində anadan olmuşdur.

1957-ci ildə Bakı Neft Texnikumunu bitirmişdir. Azərbaycan Neft Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət neft Akademiyası) daxil olmuşdur. İnstitutu bitirərək İstilik energetika mühəndisi ixtisasını almışdır.

1954-1980-ci illərdə Azərbaycan Neft Kimya İnstitutunda laborant, assistent vəzifələrində çalışmışdır.

1980-ci ildə göndərişlə Gəncə  şəhərində Azərbaycan Texnologiya İnstitutuna getmişdir. Orada 10 il “İstilik texnikası” kafedrasının seçki yolu ilə müdiri vəzifəsini icra etmişdir.

 

 

*

1977-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. Texnika elmləri namizədidir.

1990-cı ildə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunda iş fəaliyyətinə başlamışdır.

Azərbaycan Dövlət İqtisad Universitetinin “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasının dosent-məsləhətçisidir.

Hazırda UNEC-in Fəxri professorudur.

1 dərs vəsaiti və 80-ə qədər elmi metodiki əsərlərin müəllifidir.

Ailəlidir.