mamedalit.e.n., dosent Paşayev Məmmədəli İsmayıl oğlu

1927-ci il aprel ayının 10-da Azərbaycanın Zaqatala mahalının Muğanlı kəndində  anadan olub.

1936-1943-cü illərdə Muğanlı kənd 7-illik natamam orta məktəbdə təhsil alıb.

1943-1946-cı illərdə Zaqatala Peda­qoji mək­təbində orta ixtisas, 1946-1950-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində tarix fakültəsini bitirib. Həmin ildə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunda aspiranturaya müsabiqədə iştirak edərək qalib gələrək aspiranturaya qəbul olunub.
1950-1952-ci illərdə aspiranturada təhsil alıb. Namizədlik dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi adına layiq görülmüşdür.

1958-1966-cı illərdə Azərbaycan EA Tarix İnstitutunda baş laborant, kiçik elmi işçi vəzifələrində işləmişdir. 1966-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetində iş fəaliyyətinə başlamışdır. Müxtəlif illərdə müəllim, baş müəllim, dosent və professor vəzifələrində işləmişdir.

İki universitetin – Azərbaycan Dövlət İqtisad Universitetinin və Odlar Yurdu Universitetinin – Elmi Şuraları tərəfindən professor elmi adı verilmişdir.

2017-ci ilə kimi “Humanitar fənlər” kafedrasının dosent-məsləhətçisi, UNEC-in Fəxri professoru olub.

25.12.2017-ci il tarixindən öz təşəbbüsü ilə “Humanitar fənlər” kafedrasının məsləhətçisi vəzifəsindən azad edilmişdir.

75 elmi və publisistik əsərin müəllifidir.
Xaricdə (Moskvada və Tbilisidə) əsərləri nəşr edilmişdir.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI