İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu  haqqında məlumat

Azərbaycan Dövlət İqtisad Unversitetinin nəzdində  İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 senyabr 2009-cu il tarixli 137 nömrəli qərarı ilə yaradılmışdır.

İnstitutun yaradılmasının əsas məqsədi – aparıcı milli iqtisadçı alimlərin cəmləşdiyi Azərbaycan Dövlət İqtisad Universitetinin  elmi kadr potensialının, milli iqisadiyyatımızın aktual problemləri, o cümlədən davamlı, dayanıqlı və tarazlı inkişaf  problemləri, həmçinin  makroiqtisadi tənzimləmə, sosial  və regional inkişafın sürətləndirilməsi, dünya iqtisadiyyatının çağdaş inkişaf meylləri və Azərbaycanın geoiqtisadi əlaqələrinin qiymətləndirilməsi, informasiya texnologiyalarının inkişafı və innovasiyalı iqtisadiyyatın formalaşdırılması problemlərinin həllinə istiqamətləndirilməsi, milli və  global iqtisadi inkişafın  proqnozlaşdırılması,  funksional, sahəvi və regional, o cümlədən bələdiyyələrin sosial iqtisadi inkişaf konsepsiya və proqramlarının hazırlanması, həmçinin ictimai seçimin iqtisadi əsaslarının qiymətləndirilməsi yönümündə elmi araşdırmaların aparılması, geniş spektrli sosioloji tədqiqatların və konsaltinq və audit xidmətlərinin təşkilinə daha fəal cəlb etməklə ölkəmizin iqtisadi inkişafına öz  töhfəsini verməkdır.

DSC_8124 DSC_8121 DSC_8119 DSC_8116 DSC_8108 DSC_8109

  İnstitutun əsas tədqiqat istiqamətləri aşağıdakılar kimi  müəyyənləşdirilmişdir:

  • Dövlətin iqtisadi siyasətinin elmi əsaslarının hazırlanması, iqtisadi inkişafın idarə olunması və proqnozlaşdırılması;
  • Dünya təsərrüfat sisteminin inkişaf meyllərinin qiymətləndirilməsi və Azərbaycanın geoiqtisadi maraqlarının təmin edilməsi;
  • Maliyyə siyasəti və dövlət maliyyəsinin idarə edilməsi, maliyyə bazarı və bank fəaliyyətinin təkmilləşdirilməsi;
  • İnsan potensialının inkişafı, sosial idarəetmə və sosial təhlükəsizlik problemləri, o cümlədən həyat səviyyəsinin yüksəldilməsi, sosial müdafiə və sosial təminat standartlarının formalaşdırılması, sosial sferanın maliyyələşdirilməsi;
  • Regionların sosial –iqtisadi inkişafının sürətləndirilməsi, tarazlaşdırılması və yerli özünü idarə etmənin iqtisadi problemləri üzrə araşdırmaların   aparılması, regionlar və inzibati ərazilərin,o cümlədən bələdiyyələrin idarə olunması, həmçinin kompleks və məqsədli sosial iqtisadi inkişaf proqramlarının hazırlanması;
  • İnformasiya texnologiyalarının iqtisadiyyatda tətbiqinin genişləndirilməsi, innovasiyalı və kreativ iqtisadiyyatın formalaşdırılması strategiyası;
  • Azərbaycan cəmiyyətində ictimai seçimin iqtisadi əsaslarının qiymətləndirilməsi;
  • Konsaltinq və audit xidmətlərinin təşkili.

DSC_7404 DSC_7408DSC_7409tad2809-1024x684tad_2801-1024x684tad5-1024x684

*

İnstitutun maliyyə mənbələrini, dövlət büdcəsində  Azərbaycan Dövlət İqtisad  Universiteti üzrə nəzərdə tutulmuş vəsait, büdcədən kənar fondlardan ayırmalar, sifarişlər və təsərrüfat müqaviləsi üzrə yerinə yetirilən elmi tədqiqat işləri, konsaltinq, sorğuların keçirilməsi və audit xidmətləri üçün ödənişlər , qrantlar və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr təşkil edir.

Faktiki fəaliyyət 2010-cu ildən başlayan İA ETİ Azərbaycan Respublikası Prezidenti yanında Elmin inkişaf fondunun iqtisadiyyat elmi sahəsində ölkədə ilk qrantını İA ETİ əməkdaşlarından ibarət  tədqiqatçılar qrupu almışdır. İnkişaf edən iqtisadiyyat üçün aktual olan bir mövzuda – “Azərbaycanda dayanıqlı iqtisadi inkişafın təmin edilməsində fiskal və monetar siya­sə­tin əlaqə­ləndirilməsi mexanizminin qiymətləndirilməsi və onun təkmilləşdirilməsi istiqamət­lə­ri­nin müəyyənləşdirilməsi”  mövzusu üzrə qrant layihəsi (2011, elmi rəhbər prof. R.T.Həsənov) 2011-ci ildə yerinə yetirilmişdir. Elmi-tədqiqat işlərini  ETİ planları əsasında yerinə yetirən İA ETİ əməkdaşları mütamadi olaraq ölkəmizdə keçirilən qrant müsabiqələrində iştirak edirlər.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikasında regional sosial-iqtisadi inkişaf proqramlarının nəticələrinin diaqnostikası və regional iqtisadi inkişaf modelinin formalaşdırılması” və “Azərbaycanda aqrar sektorun inkişafının dövlət tərəfindən stimul­laşdırılması mexanizminin qiymətləndirilməsi və onun təkmilləşdiril­məsinə dair təklif və tövsiyələrin hazırlanması” mövzularında tədqiqat işlərinin nəticələri Dövlət orqanlarında istifadə üçün qəbul edilmişdir.

2014-cü ildə İA ETİ əməkdaşları “Azər­bay­can­­­­­ Respublikasında region­­ların sənaye istehsal potensialının qiy­mət­ləndirilməsinə və sənaye  park­­­­­la­rının ya­ra­­dıl­masına dair təklif və tövsi­­­yə­lə­rin hazırlanması” mövzusu üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (elmi rəhbər dos. N.Hacıyev) və “Azərbaycanda e-hökumətin inkişaf modeli əsasında elektron xidmətlərin genişləndirilməsi və təkmilləşdirilməsi” mövzusu üzrə Azərbaycan respublikası Rabitə və yüksək texnologiya nazirliyi İKT fondunun  qrantlarını almışdır.

ŞÖBƏLƏR:

  1. Bilik iqtisadiyyatı şöbəsi 

 

  1. Klasterial inkişaf və innovasiya şöbəsi 
  • Əliağa Qasımov– elmi işçi

 

  1. Qeyri-neft sektorunun inkişafı şöbəsi 

 

  1. Makroiqtisadi tədqiqatlar şöbəsi 

yadulla176161632920dyadulla28e5eb1cb6d7a8a862

“Azərbaycan iqtisadiyyatı müstəqillik illərində” mövzusunda Respublika elmi konfransının materialları, 15 oktyabr 2021-ci il