Ziyarətçilərin böyük marağına səbəb olan sərgidə onlara UNEC-in ikili diplom və mübadilə proqramları, 4 dildə təhsil, xüsusi və adlı təqaüdləri, İnnovativ Biznes İnkubatoru haqda ətraflı məlumat verilib. Sərgiyə baxış keçirənlər daha çox MBA proqramı, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, Beynəlxalq İqtisadiyyat Məktəbi, Distant, qiyabi və əlavə təhsil mərkəzinə qəbulla bağlı suallar ünvanlayıblar.
Üç gün davam edən sərgidə zəngin məlumatları və kreativ dizaynı ilə seçilən UNEC-in stendi “Ən orijinal stend” nominasiyasının qalibi olub.
Sərgidə UNEC-in III kurs tələbəsi, Yaradıcılıq Mərkəzinin üzvü Aslan Əzimzadə mahnı ifa edib. UNEC-in məzunu Ramin Bayramov iştirakçılara “Mənim gələcək peşəm və ona aparan yol” mövzusunda seminar keçib.