Tələbələrin virtual forumu: “UNEC-də öyrəndiklərimizlə əmək bazarına”

31 İYUL 2017 | VIEWS:
2818

Son illərin yeni təhsil trendi “sahibkar universitet” (entrepreneurial university) paradiqması olduğu üçün UNEC-də də tələbələrdə nəzəri biliklərlə yanaşı praktiki bilik və bacarıqların aşılanması, onların təhsil müddətində iş təcrübəsinə yiyələnməsinə mühum önəm verilir.

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin 75-dən çox tələbəsi 2016/2017-ci tədris ili ərzində ölkənin aparıcı qurum və şirkətlərində təcrübə keçiblər. Fakültənin sosial şəbəkədəki rəsmi qrupunda təcrübə proqramlarında iştirak edən tələbələrin həftəsonu virtual forumu keçirilib. Onlar “UNEC-də öyrəndiklərimizlə əmək bazarına” mövzusu ətrafında fikir mübadiləsi aparıblar.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Bakcell, BTB Bank, Greatford Business Services, PSG Capital Investment Company, Procter&Gamble Azerbaijan, EY, Lukoyl MMC, Baker Tilly, Deloitte, German-Azerbaijan Chamber of Commerce, SOCAR Polymer, “Azərbaycan Sənaye Sığorta” ASC, Dəmir Bank, Coca Cola, “Pasha” Həyat Sığorta, “AXA MBASK” Sığorta, KİMİ Group – SMM Company, SMM-Social Media Marketing, AzərKredit, Bakı Limanı, Pasha Bank, Sinteks MMC kimi nüfuzlu qurumlarda təcrübə keçən I, II və III kurs tələbələri öz təəssüratlarını bölüşüblər. UNEC-də əldə etdikləri bilik və bacarıqları əmək bazarında necə tətbiq etmələrindən danışıblar.

Forumda təcrübə proqramlarının hələ də davam etdiyi bildirilib. UNEC tələbələri forumda ilk iş təcrübələri ilə yanaşı, fotolarını da paylaşıblar. Həmin fotoları təqdim edirik.

2819 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna