Təqaüdlər necə müəyyənləşdirilir?

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali təhsil müəssisələrində:

adlı təqaüd alan tələbələrə – 165 manat

bakalavriat səviyyəsi üzrə:

  • akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 104,5 manat
  • akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 88 manat
  • akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 55 manat

magistratura səviyyəsi üzrə:

  • akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 115,5manat
  • akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 93,5 manat
  • akademik göstəriciləri 51-100 bal olan tələbələrə –60,5 manat

təqaüd müəyənləşdirilir.

Təqaüdlərin təyin olunması və hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi QAYDALARI” ilə tənzimlənir. Həmin qaydalara əsasən:

  • dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinin əyani formada təhsil alan tələbələrinə təqaüd onların ümumi orta müvəffəqiyyət göstəricilərinə görə  verilir;
  • təqaüd əyani formada təhsil alan Azərbaycan Respublikasının vətəndaşlarına şamil
  • təqaüd dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.
  • tələbəyə təqaüdün verilməsi müəssisə tərəfindən yaradılan təqaüd komissiyasının təqdimatı əsasında müəssisə rəhbərinin əmri ilə həyata keçirilir.
  • təqaüd ayda bir dəfə olmaqla, ixtisas üzrə təhsil proqramı ilə müəyyən edilmiş normativ müddətdə (bakalavryat – 4 il, magistratura – 2 il) ödənilir.
  • təqaüdün verilməsi tələbə təhsil aldığı müəssisədən xaric olunduqda və ya akademik məzuniyyət götürdükdə (əmək qabiliyyətini müvəqqəti itirdikdə, hamiləlik və doğuşla bağlı hallar istisna olmaqla) dayandırılır.
  • istehsalat təcrübəsi və tətil müddətlərində tələbə və şagirdlərin işləyib- işləməmələrindən asılı olmayaraq, təqaüd alma hüquqları saxlanılır.
  • tələbələr üçün adlı təqaüdlər Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis

– Ali təhsil müəssisələrində hər tədris ili üçün ixtisaslar üzrə təqaüdlərin sayı həmin ixtisaslar üzrə dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayına bərabər qəbul edilir.

– Ali təhsil müəssisələrində qiyabi təhsilalma forması üzrə dövlət sifarişi və dövlət hesabına qəbul olmuş tələbəyə görə nəzərdə tutulan təqaüd yeri (yerləri) ikinci tədris semestrindən həmin ixtisas üzrə təqaüdlər sayına əlavə olunur.

*

*
Ali təhsil və orta ixtisas təhsili müəssisələrinə hər bir ixtisas üzrə təqaüdlərin sayı nəzərə alınmaqla, imtahan sessiyasının nəticələrinə əsasən ÜOMG-yə görə ən yüksəkdən başlayan sıralamaya uyğun növbəti semestrdə təqaüd alacaq tələbələrin siyahısı müəyyən edilir. Eyni tədris ili üzrə eyni ixtisasda təqaüd alacaq tələbələrin siyahısı müəyyənləşdirilərkən tədris dili nəzərə alınmır.

Təqaüd almaq hüququnu qazanmış tələbələrə təqaüdlər semestr üzrə (birinci tədris ilinin birinci semestri istisna olmaqla) imtahan sessiyasının nəticələrinə əsasən fənlər üzrə göstəricilərinə görə aşağıdakı kimi müəyyənləşdirilir:

  • fənlər üzrə göstəriciləri 91-100 bal olan tələbələrə “əlaçı” təqaüdü (bütün qiymətləri yalnız A);
  • fənlər üzrə göstəriciləri 71-100 bal olan tələbələrə “həvəsləndirici” təqaüdü (bu halda ən azı bir fəndən akademik göstəricisi 91-100 olmalıdır (qiymətləri A,B,C));
  • fənlər üzrə göstəriciləri 51-100 bal olan tələbələrə “adi” təqaüd (qiymətləri A,B,C,D,E).

Hər bir tədris ili üçün ixtisas üzrə təqaüd almaq hüququ olan tələbələrin siyahısında sıralamada sonuncu yerə bir neçə iddiaçı olduğu halda, birinci tədris ilinin ikinci semestrində ali təhsil müəssisəsinə qəbul imtahanından topladığı bal, sonrakı semestrlərdə isə əvvəlki semestrdəki ÜOMG-si yüksək olan tələbəyə üstünlük verilir.

Təqaüd almaq hüququ olan tələbələrin siyahısı müəyyənləşdirilərkən təqaüdlərin müəyyən olunmuş sayı müvəffəq qiymət alanların sayından çox olduğu halda, qalan təqaüd yerləri ali təhsil müəssisələrində fakültənin elmi şurasının qərarı ilə həmin kursun digər ixtisasları üzrə təhsil alan və həmin semestrdə ÜOMG-si yüksək olan tələbələrə növbəti semestrədək verilir.

Bakalavriat səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan, 600 və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində “əlaçı”, digər hallarda isə “adi” təqaüd verilir. V ixtisas qrupu üzrə dövlət sifarişi ilə qəbul olunan, imtahan verilən fənlər üzrə müəyyən olunmuş maksimal balın 85 faizini və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində “əlaçı”, digərlərinə isə “adi” təqaüd verilir.

Magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan, 112 və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində “əlaçı”, digər hallarda isə “adi” təqaüd verilir.

Dövlət hesabına və ödənişli əsaslarla təhsil alan, həmçinin ödənişli əsaslarla qəbul olub, lakin sonradan mövcud qanunvericiliyə uyğun olaraq dövlət sifarişi statusu almış, akademik göstəricilərinə görə təqaüd qazanmış və eyni ixtisas üzrə bir təhsil müəssisəsindən digərinə köçürülən tələbələrə təqaüd (tədris planlarındakı fənn fərqlərindən asılı olmayaraq) köçürüldüyü təhsil müəssisəsində həmin ixtisas üzrə təqaüd almaq hüququ olan tələbələrin siyahısına uyğun verilir.

Tələbə xaric olunduğu təqdirdə onun dayandırılmış təqaüdü həmin ixtisas üzrə ÜOMG sıralamasında növbəti yer tutan digər tələbəyə verilir.

Tələbənin cari semestrdə akademik borcu qaldığı halda o, növbəti semestrdə təqaüd müsabiqəsində iştirak hüququnu itirir. Əgər həmin tələbə cari semestrdə götürdüyü bütün fənlərdən kreditləri qazanarsa, onun təqaüd müsabiqəsində iştirak hüququ yenidən yaranır.

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser