infor_elman_fototex.e.n., dos. Əliyev Elman Bəhman oğlu

1964-1969-cu illərdə Ç.İldırım adına Politexnik İnstitutunda (indiki Azərbaycan Dövlət Texniki Universiteti) təhsil alıb.

1978-1992-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Hesablama Mərkəzində şöbə müdiri, direktor vəzifələrində işləyib.

1978-1988-ci illərdə Azərbaycan Politexnik İnstitutunun “Hesablama texnikası” kafedrasında mühazirə və məşğələ dərsləri aparıb.

1992-2000-ci illərdə İqtisad Universitetinin ”İnformatika və AİS” kafedrasında baş müəllim işləyib.

2000-ci ildən İqtisad Universitetinin “İnformatika” kafedrasında dosentidir.

 

 

 

*

1985-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunda 05.13.06 ixtisası üzrə elmlər namizədi işini müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.

1997-ci ildə Azərbaycan Respublikası Müəllimlərin Təkmilləşdirilməsi İnstitutunda “İnformatika və AİS” ixtisası üzrə, 2003-cü ildə həmin institutun AİS ixtisası üzrə ixtisasartırma kursunu bitirib.

21-dən çox məqalənin, 2 müəlliflik şəhadətnaməsinin, 2 metodik göstərişin, 1 proqramın, 1 dərs vəsaitinin müəllifidir.

2017-ci il mayın 15-də vəfat edib.

IMG_5543