cog_yusif_fototex.e.n., dos. İbrahimov Yusif Namaz oğlu

1951-ci ildə Fizuli rayonunun Molla Məhərrəmli kəndində anadan olub.

1957-ci ildə Fizuli rayonunun Əhmədalılar kənd orta məktəbinin  I sinfinə daxil olub, 1967-ci ildə həmin orta məktəbi bitirib.

1968-ci ildə Azərbaycan Texniki Universitetinin Mexanika fakültəsinin“Maşınqayırma texnologiyası metalkəsən dəzgahlar və alətlər” ixtisasına daxil olub;
1974-cü ildə həmin ixtisası bitirərək mühəndis-mexanik sənətinə yiyələnib.

1974-1975-ci il müddətində  hərbi xidmətdə olub.

1975-ci ildən 1980-ci ilə kimi Bakı Soyuducular zavodunda alət sexində mühəndis-texnoloq, böyük mühəndis- texnoloq vəzifələrində işləyib. Həmin müddətdə eyni zamanda alət poladları üzrə yeni texnologiyaların tədqiqatı ilə məşğul olub.  1979-cü ildə tezkəsən alət poladlarına dair ilk müəlliflik şəhadətnaməsi alıb.

 

 

1980-ci ildən 1993-cü ilə kimi AMEA-nın XKTMB “ Kristal” təcrübə zavodlu Institunda bölmə müdiri vəzifəsində çalışıb.

1984-cü ildə AMEA-nın Fizika institunun dissertantı olub;
1991-ci ildə Moskva Polad və xəlitələr institunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi adını alıb.

1993-1996-cı illərdə Bakı Ali Ümumqoşun Komandirlər məktəbində baş müəllim işləyib.
1996-2000-ci ilin avqust ayına kimi  Elm  və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində dosent vəzifəsində işləyib.

2000-ci ilin avqustunda Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehsal sahələrinin texnologiyası və sənaye  ekologiyası” kafedrasına baş müəllim vəzifəsinə təyin olunub.
2003-cü ildən “Ətraf mühütün mühafizəsi və iqtisadiyyatı” kafedrasında  dosent vəzifəsində  işləyir.

Keçmiş SSRİ-nin əməkdar səmərələşdirici alimidir. 8 müəlliflik şəhadətnaməsinin, 78-dən çox məqalə, işçi proqram və dərs vəsaitlərinin müəllifidir.

Evlidir, iki övladı var.