03 aprel 1950-ci ildə Ermənistan SSR Meqri rayonunun Nüvədi kəndində anadan olmuşdur.
1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Əmtəəşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Sumqayıt ictimai iaşə trestində mühəndis-texnoloq vəzifəsində çalışmışdır.
1974-1978-ci illərdə G.V.Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunun Texnologiya fakültəsində əyani aspirant olmuş, 1979-cu ildə orada namizədlik dissertasiyasını müdafiə etmişdir. Texnika elmləri namizədidir.
1978-1982-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda assistent və baş müəllim, 1982-1995-ci illərdə Gəncə AzTİ-yə İnstitutunda baş müəllim və dosent vəzifələrində çalışmışdır.
*
1987-1990-cı illərdə Bakıda Azərbaycan Dəmiryolu restoranları birliyində baş mühəndis vəzifəsində işləmişdir.
1995-1996-cı illərdə AzTİ-nin Bakı filialında, daha sonra Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun (BDƏKİ) ”Ərzaq malları əmtəəşünaslığı” kafedrasında dosent vəzifəsində çalışmışdır.
1996-2000-ci və 2000-2008-ci illərdə müvafiq olaraq BDƏKİ və Azrbaycan Dövlət İqtisad Universitetində “Qida məhsullarının texnologiyası” kafedrasının müdiri olmuşdur.
150-ə qədər elmi-metodiki əsərin, o cümlədən 5 dərslik və 5 ixtiranın müəllifidir.
2 dəfə Respublika Təhsil Nazirliyinin fəxri fərmanlarına layiq görülmüşdür.
3 şer kitabı, bir neçə publisistik hekayələrin müəllifidir.
”Qızıl qələm” fəxri media mükafatı laureatıdır.