ekon_sardar_fototex.e.n., dos. Şabanov Sərdar Əhmədiyyə oğlu

22 dekabr 1957-ci ildə Azərbaycan Respublikasının Şəki şəhəində anadan olmuşdur.

1972-1974-cü illərdə Respublika 1 saylı Fizika-riyaziyyat təmayüllü məktəbdə oxuyub və məzun olub.

1974-1979-cu illərdə Azərbaycan Dövlət Universitetininin (indiki Bakı Dövlət Universitetini) mexanika-riyaziyyat fakültəsini bitirmiş və təyinatla Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutuna göndərilmişdir.

1983-1988-ci illərdə Ukrayna Elmlər Akademiyasının Kibernetika institutunda əvvəlcə 2 illik təcrübə keçmiş, sonra isə məqsədli aspiranturada oxumuşdur.

1996-cı ildə Azərbaycan Elmlər Akademiyası Kibernetika institutunda müdafiə etmiş və texniki elmlər namizədi alimlik dərəcəsi almışdır.

1995-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır.

43 elmi əsərin, o cümlədən 2 elmi-metodik vəsaitin müəllifidir.

 

 

2005-ci ildən yarımştat olaraq Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika institutunda böyük elmi işçi vəzifəsində çalışır. Orada həyata keçirilən “Elmi tədqiqatın nəticələrinin qiymətləndirilməsi informasiya sistemi”nin baş icraçısıdır.

UNEC İqtisadi  Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun böyük elmi işçisi.
UNEC-in “Ekonometrika” kafedrasının dosentidir.

Evlidir, iki övladı var.
*

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI*

DSC_783220161012_123102dissСнимок


UNEC əməkdaşları nüfuzlu beynəlxalq konfransda iştirak etmişlər (12-14 oktyabr 2016)
Həftənin məqaləsi: Azərbaycanda təhsilin keyfiyyətinin qiymətləndirilməsi (03.05.2016)
Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyətində struktur islahatlarına başlanılmışdır (AzərTAC – 29.05.2013)