stan_foto_oktaytex.e.n., dos. Şamxalov Oktay Şamxal oğlu

15 mart 1942-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1961-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitetin) Texnologiya fakültəsinə daxil olmuş və 1966-cı ildə Tikiş məmulatlarının texnologiyası və konstruksiya edilməsi ixtisası üzrə təhsilini başa vuraraq mühəndis-texnoloq-konstruktor adını almışdır.

1965-ci ildə 6 ay müddətinə Sankt-Peterburq şəhərinin Toxuculuq və Yüngül sənayenin texnologiyası institutuna ezam edilmiş və 1966-cı ilin dekabr ayında diplom layihəsini əla qiymətlə müdafiə etmişdir.
1967-ci ilin fevral ayında gənc mütəxəssis kimi instituta dəvət edilmişdir. İnstitutun “Tikiş və ayaqqabı istehsalının texnologiyası” kafedrasında assistent vəzifəsində pedaqoji fəaliyyətə başlamışdır.

1968-1974-cü illərdə Texnologiya fakültəsində dekan müavini və müsabiqə yolu ilə baş müəllim vəzifələrində çalışmışdır.

1974-1977-ci illərdə Kiyev şəhərində Yüngül Sənayenin Texnologiyası İnstitutunun əyani aspirantı olmuş və vaxtından əvvəl təhsilini başa vuraraq həmin institutda dissertasiya işini müdafiə edərək (indiki Moskva  Dizayn və Texnologiya Universiteti) texnika elmləri namizədi elmi adına layiq görülmüşdür.

 

 

*

Aspiranturada təhsilini başa vurduqdan sonra indiki Azərbaycan Texniki Universitetində pedaqoji fəaliyyətini davam etdirmişdir.

Texnologiya fakültəsinin Gəncə şəhərinə köçürülməsi ilə əlaqədar olaraq 1982-1993-cü illərdə Azərbaycan Texnologiya İnstitutunda baş müəllim, dosent və kafedra müdiri vəzifələrində çalışmış və 1992-ci ildən etibarən elmi şuranın qərarı ilə professor elmi adına layiq görülmüşdür.

1993-cü ilin oktyabrından 2015-ci ilə kimi Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnsitutunun elmi katibi, professoru vəzifələrində işləmişdir. UNEC-in Fəxri professoru olub.

120-dən artıq elmi-metodiki əsəri nəşr edilmişdir. 1 elmlər doktorunun və 5 elmlər namizədinin  yetişdirilməsində iştirak etmişdir.

2001-ci ildə QHT Resurs və Təlim Mərkəzi yanında “İdarəetmənin əsasları” kursunu müvəffəqiyyətlə bitirərək sertifikat almışdır.

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno