7Hacıbalayev Hacıbala Əlibala oğlu

20 sentyabr 1939-cu ildə Qusar rayonunda anadan olmuşdur.

1962-ci ildə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) bitirmişdir. Bir müddət istehsalatda və elmi tədqiqat institutunda çalışmış, sonra isə bitirdiyi universitetdə müəllim vəzifəsinə dəvət olunmuşdur.

1971-1974-cü illərdə Moskva Kimya Maşınqayırma İnstitutunun aspirantı olmuş, 1974-cü ildə Moskva şəhəri akademik J.Bardin adına Mərkəzi Elmi-Tədqiqat Metallurgiya İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Texnika elmləri namizədidir.

Elmi fəaliyyətini ÜİETLT Neft maşınqayırma İnstitutunda baş elmi işçi və bölmə müdiri, AEA (MEA-nın) “Kristal” XKTMB–da laboratoriya  müdiri və elmi katib, Azərbaycan Elmi Tədqiqat Layihə-Texnoloji Metallurgiya İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. Bununla yanaşı, eyni zamanda Texniki Universitetdə və Rostov Dəmir Yol Nəqliyyatı Mühəndislər İnstitutunun Bakı filialında ixtisasına uyğun fənlər üzrə dərslər aparmışdır.

1967-ci ildən SSRİ məkanında keçirilmiş Ümumittifaq Gənclərin Texniki yaradıcılıq baxışının laureatı diplomu və Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc medalı ilə təltif olunmuşdur.

 

*

2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasının dosenti olub.

2017-ci ilə kimi “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasının professoru olub.
2017-ci ildən təqaüddədir.

102 elmi metodiki əsərin, o cümlədən  5 ixtiranın, 6 metodik göstərişin və fənn proqramının, 16 xarici jurnal və kitablarda, qalanları isə respublika dövrü nəşrlərində, elmi-praktiki konfrans materiallarında nəşr olunmuş məqalənin müəllifidir.

Evlidir, üç övladı və nəvələri var.

hacibala_texn_masin_deqiq_deyil_ 1 (16)DSC_6276-001