qeyri_nazila_fototex.f.d., dos. Alverdiyeva Nazilə Fərman qızı

08.06.1962-ci ildə Laçın şəhərində anadan olmuşdur.

1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) İctimai iaşənin texnologiyası ixtisasını bitirmişdir.

1997-ci ilə kimi Ticarət Sənaye Palatasının “Azərekspertiza” Birliyində ekspert vəzifəsində çalışmışdır.

1997-ci ildən “Qeyri-ərzaq mallarının əmtəəşünaslığı və ekspertizası” kafedrasında baş müəllim vəzifəsində çalışıb.

 

*

2009-2010-cu tədris ilində namizədlik dissertasiyası müdafiə edərək texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.

Hazırda “İstehlak mallarının ekspertizası” kafedrasının dosentidir.

40-a qədər elmi əsərin, o cümlədən dərslik, dərs vəsaiti, metodik göstəriş, proqram və elmi məqalələrin müəllifidir.

Ailəlidir, iki övladı var.