Texnologiya və dizayn fakültəsinin tələbələri muzeydə

03 FEVRAL 2016 | OXUNUB:
2011

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Texnologiya və dizayn fakültəsinin tələbələri Təhsil muzeyində olublar.

Tələbələr muzeydə XII əsrdən etibarən təhsilin inkişaf dinamikası ilə bağlı tətbiq olunan tədris sənədləri ilə tanış olublar. Muzeydə sərgilənən XX əsrin əvvəllərində Qızlar Seminariyasındakı qızların geyim formaları və digər eksponatlar tələbələrin marağına səbəb olub. Təhsilin II Dünya Müharibəsindən sonrakı sürətli inkişafını əks etdirən texnika və texnologiyalara aid texniki və digər təlim vasitələrinə də baxış keçirilib.

2012 1