mba555

UNEC BİZNES MƏKTƏBİ 

PROQRAM:BİZNESİN İDARƏ EDİLMƏSİ (MBA) 

İXTİSASLAŞMA:TURİZM VƏ OTELÇİLİYİN İDARƏEDİLMƏSİ

 

İxtisaslaşmanın məqsədi:

Turizm və otelçiyinin idarəedilməsi ixtisaslaşması üzrə MBA proqramı mühasibat, marketinq, iqtisadiyyat və digər əsas  fənlərlə yanaşı turizm və otelçilik sahəsinə aid olan ixtisaslaşmış fənləri tədris edir. Otelçiliyin idarəedilməsi, turizmin idarəedilməsi, qida və içki məhsullarına nəzarət, marketinq və xidmət əməliyyatlarının idarəedilməsi turizm və otelçilik sənayesinin hərtərəfli əhatə edir. Bu ixtisaslaşmaüzrə MBA proqramı turizm sahəsində təşəbbüslərin irəli sürülməsi və otelçilik biznesinin fəaliyyəti üçün magistrantların turizm sənayesi və biznesin idarəedilməsində əsas bilik və bacarıqlarını formalaşdırır.

MBA proqramının müddəti və ünvanı:

Turizm və otelçiliyin idarəedilməsi ixtisaslaşmasıüzrə təhsil Avropa Kredit Transfer Sistemi uyğun olaraq 4 semestr (2 il) ərzində10 ümumi fənn üzrə60 kre­dit, 4 seç­mə (ix­ti­sas) fənn üz­­­rə24 kredit və buraxılış layihəsi üzrə 12 kredit ol­maq­la, cəmi 96  kreditlə tamam­lanır.

Bu ixtisas üzrə kreditlər ABŞ Kredit Sisteminə ekvivalent olaraq hesablandıqda isə təhsil 4 semestr (2 il) ərzində10 ümumi fənn üzrə30 kre­dit, 4 seç­mə (ix­ti­sas) fənn üz­­rə12 kredit və buraxılış layihəsi üzrə 6 kredit ol­maq­la, cəmi 48 kreditlə tamam­lanır.

Dərslər payız, yaz və yay semestrlərində həftədə ikidəfə olmaqla, Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6, AZ1001 ünvanında keçirilir.Əlaqə: e-mail: mba@asue.edu.az, tel/fax +99412 4976267

 

MBA proqramına qəbul şərtləri:

Əsas təhsili iqtisadiyyat sahəsinə aid olan və olmayan ixtisaslar üzrə bakalavr də­rə­cəsi almış namizədlər DİM (Dövlət İmtahan Mərkəzi) qəbul imtaha­nın­dan uğurla keç­mək­lə MBA proqramına qəbul olunurlar.

 

MBA proqramında tədris metodlarının üstünlükləri:

Bu proqram ali təhsilli ixtisaslı mütəxəssislərə öz rəhbərlik keyfiyyətinin yük­səl­dilməsinə, sistemli bilik, bacarıq və işgüzar idarəetmə vərdişlərinin mənimsənilməsinə və peşəkarlıq sə­viy­yəsinin da­vam­lı olaraq artırılmasınıa müasir biznes informa­si­ya­sı­nın araşdırılmasına, ana­litik dü­şün­mə və qərarvermə qabiliyyətinın inkişafına, biznes eti­ka­sı, təqdimat qabiliyyəti, vax­tın ida­rə­edil­məsi və sa­hib­­karlıq məntiqinin for­ma­laşdırılmasına şərait yaradır. Proqram ma­gistrant­ları cə­miyyət, müəs­­sisə və təşkilatların idarə olunmasında məsul vəzifələr tutmağa hazırlayır. Nəzəri və praktik məlu­mat­­larla yanaşı, proqramda nümunə kimi konkret biznes halları (case study) mü­­za­kirə edi­lir, rol oy­nama, biznes oyunu, müxtəlif ssenarialarıntəqdimatları, qrup və la­yi­­hə ça­lış­maları həyata keçirilir və bu zaman müasir tədris me­tod və texnologiyalarından istifadə edilir. Proqram ict­i­mai əhəmiyyətli qeyri-hökumət, qeyri-dövlət və kommersiya yönüm­lü təş­­ki­lat­larda struk­tur və fəaliyyət sahəsinə təsir edəcək dəyişikliklərin çevik ida­rə­edil­mə­si, qanun­ve­ri­­cilikdə və biznes mühitində yeni meyil­lərin öncədən (proaktiv) araşdırıl­ma­sı vərdişlərini aşı­layır. Magistrantın fənni mənimsəməsi həf­tə­­lik və yarım semestrlik testlər (quiz), dərs­də iştirak səviy­yə­si, ev tap­şı­rıq­ları və kumulativ (semestr imta­hanı) imta­han əsasında (test və yazılı forma­da açıq sual­lar­dan ibarət olmaqla) qiymətlən­dir­ilir.

 

MBA proqramında tədris kadrları:

Proqram UNEC-in müəl­limləri ilə yanaşı, digər ali təhsil müəssisələrinin professor-müəllim heyə­ti, ölkə­də fəaliyyət göstərən yerli və xarici təşkilatlarda məsul vəzifədə çalışan rəhbər şəxslər, peşə­kar menecerlər və müqavilə əsasında dünyanın aparıcı təhsil müəssisələrindən dəvət edilmiş profes­sor-müəllim heyətinin elmi bilik və praktik potensialından faydalanır.

 

Diplom:

Təhsilini tamamlamış magis­tr­ öz ixtisası üzrə magistr elmi-ixtisas də­rəcəsi və diplomu ilə təltif olu­nur və ona bu dərəcəyə uyğun olan hüquq və imtiyazlar verilir.

 

Turizm və otelçiliyin idarəedilməsi ixtisaslaşması üzrə keçirilən fənlər:

 

Birinci semestr:

SMO 652                    Liderlik və təşkilati davranış

MGTSC 501               Biznes statistikası

ECON 503                 Menecment iqtisadiyyatı

ACCTG 503               Maliyyə uçotu(F3)

 

İkinci semestr:

SMO 502                    Strategiya, təşkilat və innovasiya

FIN 502                      Korporativ maliyyə

MARK 542                Turizmin planlaşdırılması və marketinqi

ACCTG 502               İdarəetmə uçotu(F2)

 

Üçüncü semestr:

OM 503                      Turizm və otelçilikdə əməliyyatların idarəedilməsi

BLAW 642                 Biznes hüququ(F4)

 

Dördüncü semestr –4 əsas seçmə fənn

SMO 510                    Qida və içki məhsullarına nəzarət

SMO 562                    Turizm and otelçilik əməliyyatlarında gəlirlərin maksimallaşdırması

SMO 566                    Turizm və otelçiliyin idarəedilməsində təhlükəsizlik və itkilərin qarşısının

alınması

BUEC 501                 Qlobal mühitdə biznes

ACCTG 511               Turizm və otelçiliyin mühasibat uçotu

SMO 541                    Turizm və otelçilik sahəsində rəqabətlilik və innovasiya

MGTSC 507               Tədqiqat və təhlil metodları

MIS 514                     Biznesdə informasiya texnologiyalarının tətbiqi

MARK 530                Beynəlxalq marketinq

SMO 633                    Beynəlxalq səyahət və turizm

BLAW 566                 Beynəlxalq turizm və otelçilik qanunu

OM 504                      Ofis və xidməti əməliyyatların idarəedilməsi

HRM 501                   İnsan resurslarının idarəedilməsi

HRM 602                   Beynəlxalq biznes etikası və korporativ idarəetmə

BLAW 631                Menecmentin hüquqi aspektləri

RES 620                     Qərarvermədə tədqiqat metodları

MIS 521                     İdarəetmənin informasiya sistemləri

Buraxılış layihəsi (Capstone paper)ixtisas sahəsinə aid olan aktual məsələlər üzrə

631 5