“Üçrəngli bayrağım”

08 NOYABR 2017 | VIEWS:
2247

UNEC-də Dövlət Bayrağı Günü münasibətilə rəsm sərgisi keçirilib.

“Üçrəngli bayrağım” mövzusunda keçirilən rəsm sərgisində UNEC tələbələrinin əl işlərindən ibarət əsərlər nümayiş olunub.

Sərgiyə baxış keçirən UNEC-in Tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova bildirib ki, üçrəngli bayrağın dövlət rəmzi kimi bərpası təşəbbüsünü ilk dəfə Ulu öndər Heydər Əliyev Naxçıvanda irəli sürüb. O, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpası və onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmasını müstəqillik tarixinin ən şanlı səhifələrindən biri olduğunu diqqətə çatdırıb. Ulu öndərin mütərəqqi siyasi kursunun mahir davamçısı kimi Prezident İlham Əliyevin Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi barədə sərəncamının gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

Ziyarətçilər tələbələrin əsərlərində dövlət bayrağının çalarlarını milli ornamentlər, memarlıq abidələri və təbiətlə uzlaşdırmaq məharətlərini yüksək qiymətləndiriblər.

Böyük maraqla qarşılanan sərgi UNEC Yaradıcılıq Mərkəzinin və “Dizayn” kafedrasının təşkilatçılığı ilə keçirilib.

2248 2
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna