Kafedra müdiri: fəl.f.d. dos. Qasımova Elfanə Nəsimi qızı

Ünvan: Bakı, H.Əliyev küçəsi, 135 (III korpus)
Telefon: +(994)12 492-59-03 (13-22)

dizayn_96111 lala_96071 lala024x688??????????????????????????????????????????????????????????????dizayn_0693--------

“Dizayn” kafedrasının xəbərləri UNEC NEWS-da

37289 10

Kafedra haqqında

“Dizayn” kafedrası 1999-cu ilin yanvarından fəaliyyətə başlamışdır.

Kafedrada Toxu­culuq və yüngül sənaye mallarının bədii layihələndirilməsi (dizayn), habelə Tikiş məmulatlarının konstruksiya edilməsi ixtisasları üzrə bakalavr və magistr pillələrində kadr hazırlığı aparılır.

Kafedra üzrə bakalavr pilləsində 15 fənn, magistr pilləsində isə 9 fənn tədris olunur. Bütün fənlər proqram və tədris vasitələrilə təmin olunmuşdur.

Kafedra əməkdaşları tərəfindən 2001-2010-cu illərdə 2 monoqrafiya, 17 dərs­lik, 3 dərs vəsaiti, 28 tədris proqramı, 4 metodik göstəriş, 65 məqalə, 33 tezis nəşr etdirilmişdir.

“Toxuculuq və yüngül sənaye sahələrində tətbiq olunan dizayn elementlərinin analizi” adlı problemə uyğun olaraq “Toxuculuq və yün­gül sənaye sahələrində istehsal olunan məhsulun xarici görünü­şün­dəki dizayn elementlərinin tətbiqinin analizi” adlı ümumi mövzu üzərində tədqiqat işi aparılır.

Kafedra əmək­daşları respublikamızda hal-hazırda fəaliyyət göstərən müəssisə, təşkilatlar, firmalar və s. ilə sıx əlaqə saxlamaqla, zamanın tələblərinə cavab verən malların yaraşıqlı, zövqə uyğun istehsalı üçün elmi axta­rışlarını davam etdirməkdədirlər:

  • Müasir modanın istiqamətindən asılı olaraq cəmiyyətin zövqünə müvafiq məmulat is­teh­salında dizayn elementlərinin səmərəli tətbiqi üçün tövsiyələr irəli sürülmüşdür;
  • Hal-hazırda respublikada fəaliyyət göstərən toxuculuq və yüngül sənaye müəs­si­sələrinin rəhbərliyi ilə sıx əlaqə saxlanılmaqdadır;
  • Magistraturada təhsillərini davam etdirən mütəxəssislərin dissertasiya işi mövzuları kafedrada aparılan elmi-tədqiqat işi mövzuları ilə əlaqəlidir;
  • Elmi axtarışların nəticələri əsasında istehsal olunan məhsulların texnoloji hazırlanma şəraitinin təhlilinə istinadla çatış­mazlıqların aradan qaldırılması ilə əlaqədar tövsiyələr verilmişdir;
  • Respublikanın aparıcı müəssisələri, firmalar, atelyeler və digər istehsal sahələrinin mütəxəssisləri ilə ilboyu əlaqə saxlanılır, texniki heyətlə görüşlər keçirilir, irad və təkliflər müzakirə olunur.

*
Kafedra əməkdaşlarının respublikada istehsal olunan geyim çeşidlərinin dizayn elementləri ilə bəzədilməsi, məhsulun keyfiyyətinin yüksəldilməsi sahəsində apardıqları elmi axtarışlar həm nəzəri, həm də praktiki cəhətdən böyük əhəmiyyət kəsb edir. Dövlət büdcəli elmi-tədqiqat işləri çərçivəsində əldə olunmuş nəticələr tətbiq üçün kafedranın əsas bazası olan “Bakı Tikiş Evi” ASC-yə təqdim edilmişdir.

Kafedranın beynəlxalq əlaqələri genişdir. Türkiyənin Qazi Univer­siteti (Ankara), İzmirdəki Ege Universiteti, Dənizli şəhərindəki Pamuk­kale Universiteti, habelə Moskva Dövlət Dizayn və Texnologiya Akade­miyası, Kiyev Dövlət Yüngül Sənayenin Texnologiyası Universiteti ilə sıx əlaqə saxlayır. Azərbaycan Moda Assosiasiyası ilə fəal əməkdaşlıq münasibətləri formalaşmışdır.

 

İxtisaslar:

  • 050321 “Dizayn”
  • 050643 “Çoxişlənən malların texnologiyası mühəndisliyi”

*

Tədris laboratoriyaları

1. ”Dizayn” sərgi zalı;
2. ”Tikiş məmulatlarının hazırlanması texnologiyası və konstruksiya edilməsi”;
3. ”Bakı tikiş evi” Açıq tipli səhmdar cəmiyyəti.

 

Əsas nəşrlər:

1. Gön-dəridən olan məmulatların konstruksiyası (Azərbaycan Respublikası Maarif Nəşriyyatı “Çaşıoğlu” B., 1996 (dərslik)).
2. Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsinin əsasları (Bakı, 2004 (dərslik)).
3. Gömrük ekspertizasının təşkili (G., AKTA nəşriyyatı 2004 (dərslik)).
4. Tikiş fabriklərinin layihələndirilməsi (BDU nəşriyyatı B., 2008 (dərs vəsaiti)).
5. ALS ilə geyimlərin konstruksiya edilməsi (ATU-nin mətbəəsi, B., 2009 dərslik (I-hissə), dərslik).
6. Dizayn reklamı (Rus dilindən dərsliyin tərcüməsi, B.,  2010).
7. ALS ilə geyimlərin konstruksiya edilməsi (Məşğələ dərslərinin yerinə yetirilməsi üçün dərs vəsaiti, B., 2010).

*

Professor-müəllim heyəti:

  1. fəl.f.d., dosent Qasımova Elfanə Nəsimi (kafedra müdiri) 
  2. sənət.f.d., dos.Məmmədova Lalə Hamlet (UNEC Dizayn məktəbinin direktoru) (0.5)
  3. m.e.n. dos. Ağamalıyeva Yeganə Çərkəz
  4. b/m. Abdullayeva Şəhla Fərəməz
  5. b/m. Cəfərova Lilipar Əli
  6. b/m. Dadaşova Aidə Sahib
  7. f.f.d. Rzayeva Aynur Qəhrəman
  8. b/m. Əliyev Əli İsmayıl
  9. b/m. İskəndərov Anar Hüseyn
  10. b/m. Ağayeva Aytən Əliağa (0.5) [UNEC Dizayn məktəbinin Katibi]
  11. b/m. Salehzadə Gülçöhrə Saleh
  12. b/m. Hüseynova Nisəxanım Böyükağa
  13. müəl. Cavadzadə Günay Əfrasiyab 
  14. müəl. Yusifkənan Aytən Elman
  15. müəl. İsayeva İlahə Sabir
  16. müəl. Namazova Nərminə Tahir
  17. müəl. Şərifli Şəhla Valeh
  18. müəl. Bayramova Ülkər Vəli (0.5)
  19. müəl.Tağızadə Lalə Rəhman
  20. müəl. Safranova Lidiya Andreyevna
  21. müəl. Xəlilova Arzu Azər

*

Kafedra müəllimlərinin AKADEMİK PROFİLLƏRİ

 

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser