UNEC ailəsinə ağır itki: Mirdaməd Sadıqov

19 YANVAR 2021 | VIEWS:
462

Mirdamed_SadiqovUNEC ailəsinə ağır itki yol verib. UNEC-in Strateji inkişaf üzrə prorektoru, professor Mirdaməd Sadıqov yanvarın 19-da vəfat edib.

Mirdaməd Sadıqov 1950-ci il sentyabrın 1-də İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub.

1967-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub, 1971-ci il həmin institutun Maliyyə-Statistika fakültəsini bitirərək “İqtisadçı” ixtisasına yiyələnib.

1977-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun aspiranturasını bitirib, Moskva şəhərində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini, 2004-cü ildə isə “Azərbaycan Respublikasının Maliyyə potensialının formalaşması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsini alıb.

Əmək fəaliyyətinə 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda başlamış, “Maliyyə-kredit” kafedrasında laborant, baş laborant vəzifələrində çalışmışdır.

Mirdaməd Sadıqov əmək fəaliyyətinə 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki UNEC) “Maliyyə-Kredit” kafedrasında başlayıb. O, 1971-1972-ci illərdə kafedrada baş referent, 1972-1977-ci illərdə laborant və baş laborant vəzifələrində çalışıb. 1973-1977-ci illərdə həmin kafedranın aspiranturasında təhsil alıb və Moskva şəhərində namizədlik dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi adına layiq görülüb. 1977-1982-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Komsomol Komitəsinin katibi olub. Sonralar “Maliyyə-Kredit” kafedrasının baş müəllimi və İqtisadiyyat fakültəsinin dekanı vəzifəsini icra edib. Bu müddət ərzində müsabiqə yolu ilə kafedranın dosenti seçilib. 1988-1992-ci illərdə Bakı Maliyyə-Kredit Texnikumunun direktoru, daha sonra texnikumun Azərbaycan Maliyyə-İqtisad Kollecinə çevrilməsi ilə əlaqədar 1992-1999-cu illərdə kollecin direktoru vəzifəsində çalışıb.

M.Sadıqov Yeni Azərbaycan Partiyasının üzvüdür. 1996-cı ildən Azərbaycanda ilk dəfə yaradılmış Heydər Əliyev İqtisadi İdarəetmə Məktəbinin icraçı direktorudur.

1999-2000-ci illərdə Bakı şəhəri Nəsimi rayonu üzrə Vergilər İdarəsinin rəisi vəzifəsini icra edib. 2000-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris işləri üzrə prorektoru olub. 2004-cü ildə “Azərbaycan Respublikasının Maliyyə potensialının formalaşması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, Azərbaycanda bu sahədə doktor adı almış ilk şəxslərdən biri olub. 2007- 2008-ci illərdə Vergilər Nazirliyi Vergi Siyasəti və Vergi Qanunvericiliyi Strateji Araşdırmalar Mərkəzinin Baş İdarə rəisi vəzifəsində çalışıb. 2008-2013-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru olub.

14 fevral 2013-cü ildən 2020-ci il martın 5-dək İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı olub.

Avropa Universitetləri Rektorları Klubunun üzvü olub.

2020-ci ilin aprelində UNEC-in Strateji inkişaf üzrə prorektoru vəzifəsinə təyin olunub.

Bu illər ərzində iqtisad elmləri doktoru, professor Mirdaməd Sadıqov respublikada iqtisadiyyat, maliyyə və vergi problemləri ilə bağlı 200-dən çox elmi məqalənin, həmçinin 10 dərslik, 8 dərs vəsaiti və 9 monoqrafiyanın müəllifi olub.

1980-ci ildə SSRİ Ali Sovetinin fərmanı ilə “Əmək rəşadətinə” görə medalı ilə təltif olunub, 1999-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri Fərman”ına layiq görülüb. 2010-cu ildə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə “Əməkdar elm xadimi” Fəxri adına layiq görülüb, 2020-ci ildə isə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.

19 yanvar 2020-ci ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

https://news.unec.edu.az/xeber/133-muellim/7071-bold-unec-ailesine-agir-itki-mirdamed-sadigov-bold

463 1