UNEC alimləri beynəlxalq konfransda çıxış ediblər

25 NOYABR 2015 | VIEWS:
2124

Azərbaycan  Dövlət  İqtisad  Universitetin (UNEC)  nümayəndələri Özbəkistanın Daşkənd şəhərində “Fizikanın fundamental və tətbiqi məsələləri” mövzusunda keçirilən Beynəlxalq konfransda iştirak ediblər.

Konfransda UNEC-in  “Fizika və kimya” kafedrasının müdiri, fizika elmləri doktoru, dosent Rövnəq Rzayev və kafedranın professoru Rəna Babayeva “Laylı quruluşlu AIII BVI birləşmələri tipli qismən-nizamsız kristal yarımkeçiricilərdə fotokeçiricilik” mövzusunda çıxış ediblər.

Konfransda  Almaniya, Rusiya, Pakistan, Koreya, Çin və Hindistan alimlərinin “Fizikanın fundamental və tətbiqi məsələləri” mövzusunda maraqlı çıxışları olub.

2125 2