UNEC BİZNES MƏKTƏBİ ACCA AKKREDİTASİYASINI QAZANDI

İqtisadi inkişafın tələblərinə və “Azərbaycan Respublikasın­da təhsilin inkişafı üzrə Dövlət Strategiyası”-da nəzərdə tutulan keyfiyyət göstəricilərinin Avropa təhsil sistemləri­nin standartlarına uyğunlaş­dırılaraqilk dəfə olaraq 12 İyul 2017-ci il tarixində Azərbaycan Dövlət İqti­sad Universite­ti­nin UNEC Biznes Məktəbinin MBA proqramı­nın “Mühasi­bat uço­tu” ixtisaslaşmasıBeynəl­xalq Mühasib­lər Assosiasi­ya­sı­nın (IFAC) üzvü olan ACCA (Diplomlu və Serti­fikatlı Mü­ha­sib­lər Assosiasiyası) təşkilatının Kvali­fi­ka­siyası üzrə bütün funda­men­tal fənlər­dən azad olaraq ACCA akkredi­tasi­ya­sını əldə etmişdir.

Magistratura və bakalavr pilləsində ilk dəfə ola­raq UNEC Biznes Məktəbinin MBA Proqramının “Müha­si­­bat uçotu” ixtisaslaşması 01 yanvar 2018-ci il tarixindən 31 dekabr 2022-ci il ta­ri­xi­nə­­dək 5 (beş) illik müddətə ACCA təşkilatında mühasibat və audit ixtisaslaşması üzrə peşəkar səviyyəli akkreditasiya edilmiş­dir.

UNEC Biznes Məktəbinin MBA proqramının “Mühasibat uçotu” ixtisas­laşmasını 2017-2018-ci tədris ilindən etibarən bitirən magistrantlar ACCA akkreditasiyasının fundamental hissəsinin aşağıda qeyd edilmiş bütün fənlərin­dən azad olunurlar:

F1 –Biznesdə mühasib;

F2 – İdarəetmə uçotu;

F3 – Maliyyə uçotu;

F4 – Biznes hüququ;

F5 – Performansın idarəedilməsi;

F6 – Vergitutma;

F7 – Maliyyə hesabatı;

F8 – Audit;

F9 – Maliyyə menecmenti.

“Mühasibat uçotu” ixtisas­laşmasından başqa MBA proq­ramı­nın digər ixti­saslaşmaları isə ACCA təşki­latı­­nın F1-F4 imtahanlarından azad olunmuş­lar.

ACCA akkreditasiyasının fundamental hissə­sinin fənlərin­dən azad olmaq və bu kvalifikasiyanı əldə etmək üçün əmək bazarında fəaliyyət göstərən bey­nəlxalq institutlarda və peşəkar təlim mərkəzlərində ən azı 2 il vaxt və kifayət qədər investisiya tələb edilir. UNEC Biznes Məktəbinin MBA proqramı ACCA ak­kre­­di­tasi­yasını əldə etməklə öz m­a­gistrantlarının əminliklə karyera qurmasına şərait yara­dır,  onları əlavə vaxt itkisin­dən və xərclərdən azad edir.

ACCA kvalifikasiyası İngiltərədə yaradılmışdır. Bu kvalifikasi­ya­ maliyyə, uçot və audit sahələri üzrə beynəlxalq əmək bazarının tələblərini özündə əks etdirən peşəkar bilikləri, bacarıq və yenilikləri, o cümlədən işgüzar dəyər for­ma­laşadıran peşəkar kvalifikasiya hesab olunur.

ACCAtəşkilatında akkreditə edilmiş UNEC Biznes Məktəbinin MBA proqramın­da məzun olmuş ma­gis­­­trant­­­ları fərqləndirən ən əsas xüsusiyyət ondan ibarətdir ki, əmək bazarında uğurlu fəaliyyət göstərən rəqabət qabiliyyətli yerli və transmilli şirkətlər, maliyyə institutları, müstəqil audit firmaları və konsaltinq xidməti göstərən şirkətlər belə məzunlara qeyd-şərtsiz üstünlük verirlər. ACCA sertifikatı peşə­kar dəyər­lərə, iş etikasına və idarəetməyə xüsusi önəm verən beynəlxalq səviy­yə­li kvalifikasiya statusuna malikdir.

108 2