UNEC-də aksiya: “Qan ver, həyat xilas et!”

30 NOYABR 2016 | VIEWS:

Untitled-1 copyDekabrın 1 və 2-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Qan ver, həyat xilas et!” adlı qanvermə aksiyasi keçiriləcək.

“1 dekabr – Ümumdünya QİÇS-lə mübarizə günü” çərçivəsində keçirilən aksiya UNEC, Mərkəzi Qan Bankı, “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı, Ulduz şokolad fabrikinin sponsorluğu ilə baş tutacaq.

Aksiyanın keçirilmə tarixləri və məkan:

1 dekabr / 1 saylı tədris binası / 10.00 – 14.00

2 dekabr / 2 saylı tədris binası / 10.00 – 14.00

Aksiya hər tədris binasının Tibb Məntəqəsində təşkil ediləcək.

Talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən insanların müalicəsinə dəstək olmaq məqsədilə UNEC-in tələbə, müəllim və əməkdaşlarını aksiyada aktiv iştirak etməyə dəvət edirik.