UNEC-də əlavə təhsilə qəbul prosesinə start verilib

08 İYUN 2017 | VIEWS:
4421

UNEC-də əlavə təhsilə qəbul prosesinə start verilib.

2014-cü ildən əlavə təhsil və əcnəbi vətəndaşların UNEC-ə qəbul prosesi tamamilə elektronlaşdırılaraq internet vasitəsilə həyata keçirilir. Hazırda mərkəzdə əlavə təhsillə bağlı sənəd qəbulu üçün iki elektron platforma fəaliyyət göstərir. Əlavə təhsillə maraqlanan istənilən şəxs www.kabinet.unec.edu.az vasitəsi ilə özünə şəxsi kabinet açaraq, tələb edilən sənədləri birbaşa oraya yükləyə bilər. Bu, həm vaxta qənaət edir – istənilən vətəndaşın əlavə təhsil almaq üçün ucqar bir kənddən, başqa bir şəhərdən, ölkədən yol qət edib universitetə gəlməsinə ehtiyac qalmır, müvafiq sənədlər elektron formada göndərilir, həm də qəbul prosesinin tam şəffaf və obyektiv aparılmasını təmin edir, subyektiv və kənar pozucu təsirlərin aradan qaldırılmasına tam şərait yaradır.

UNEC-də əlavə təhsil iki istiqamətdə reallaşdırılır: təkrar ali təhsil və yenidənhazırlanma təhsili. Təkrar ali təhsil almaq hüququ qazanan şəxslər həm əyani, həm də qiyabi əsaslarla təhsil ala bilərlər. Burada təhsil ikinci kursdan başlanılır. Yenidənhazırlanma təhsili üzrə tədris müddəti 1 ildir. İstər yenidənhazırlanma təhsili, istərsə də təkrar ali təhsil almaq üçün müraciət edənlərin sənədlərinin qəbulu və emalı üçün UNEC-in rektorunun sədrliyi ilə xüsusi “Sənəd qəbulu komissiyası” fəaliyyət göstərir. Müraciət edənlərin baza diplomları həqiqiliyinin müəyyənləşdirilməsi məqsədilə Təhsil Nazirliyinə araşdırılmaya göndərilir. Yenidənhazırlanma təhsili almaq üçün müraciət edənlərin baza təhsili diplomlarının uyğun olub-olmaması ilə bağlı müvafiq qaydada yoxlamalar aparılır və fənn fərqi imkan verən şəxslərin yenidənhazırlanma təhsili almasına icazə verilir.

Təkrar ali təhsildə də, həmçinin müraciət edənlərin baza diplomlarının həqiqiliyi ilə bağlı Təhsil Nazirliyinin razılığı əldə edildikdən sonra həmin şəxslər tələbə adını qazanır.

Bu gün əmək bazarında əsas maraq doğuran ixtisaslardan olan maliyyə, mühasibat uçotu və audit, iqtisadiyyat, dünya iqtisadiyyatı ixtisaslarında təhsil almaq üçün daha çox müraciət qeydə alınır.

Artıq UNEC-də sənəd qəbuluna start verilib və qəbul prosesi 5 iyun – 1 avqust 2017-ci il tarixlərində həyata keçiriləcəkdir. Hazırda sənədlər sistemə yükləndikcə, komissiya mütəmadi olaraq məlumatların emalını həyata keçirir. Nəticələr avqustun 1-dən sonra açıqlanacaq.

VİDEO 

4422 1