UNEC-də Elmi Şuranın iclası keçirilib

08 APREL 2021 | VIEWS:
35

UNEC-də Elmi Şuranın növbəti iclası keçirilib.

Şurada elm və innovasiyalar üzrə prorektor, professor Sakit Yaqubov UNEC-də  2020-ci ildə yerinə yetirilən elmi-tədqiqat işləri və qarşıda duran vəzifələr haqqında hesabatla çıxış edib. Hesabat ilində UNEC-in beynəlxalq indeksləşmiş jurnallarda çap olunma tempinin yüksəkldiyini bildirən prorektor fakültə və kafedralar üzrə Web of Science, Scopus elmmetrik bazalardakı nəşrlərin sayını açıqlayıb. Hesabatda UNEC Kitabxana-İnformasiya Mərkəzinə 7000-ə yaxın yerli və xarici nəşrlərin daxil olduğu, müəllim və tələbələrin “İPR Books”, EBSCO, “Web of Science” və bir sıra digər beynəlxalq elektron resurslara çıxış imkanının yaradıldığı qeyd olunub. Hesabatın sonunda UNEC-in tədqiqat universiteti statusu alması istiqamətində təkliflər səsləndirilib.

Sonra UNEC İmtahan Mərkəzinin direktoru, dosent Söhrab İsayev 2020/2021-ci tədris ilinin yaz semestri üzrə 3-cü modul imtahanlarının təşkili və keçirilməsi ilə bağlı görülmüş işlərlə barədə çıxış edib. O, yaz semestrinin III modulu üzrə əyani bakalavriat və magistratura imtahanlarının keçirilmə müddətinin 08-23 aprel tarixinədək müəyyən edildiyini, texniki və texnoloji ixtisaslar üzrə xüsusi qabiliyyət tələb edən fənlər istisna olmaqla, qalan fənlər üzrə imtahanların distant formada proktorinq tətbiq edilməklə test üsulu ilə keçiriləcəyini bildirib. Məruzənin sonunda S.İsayev distant imtahanların təşkili və keçirilməsi ilə bağlı təkliflərlə çıxış edib.

Şurada çıxış edən rektor, professor Ədalət Muradov modul sisteminə keçidlə bağlı dərslərin keyfiyyətli təşkil olunduğunu, müəllimlərin dərslərin tədrisini, eləcə də imtahanların təşkilini layiqincə yerinə yetirdiklərini bildirib. Rektor UNEC-in elmi tədqiqatyönümlü universitetə çevrilməsi istiqamətində görüləcək işlərdən, eləcə də kitabxana ilə bağlı hədəflərdən danışıb. O, UNEC-də rəqəmsal iqtisadiyyat və IV Sənaye inqilabı sahəsində bir nömrəli kitabxananın qurulmasının nəzərdə tutulduğunu deyib.

Elmi Şura cari məsələlərlə davam edib.

Şurada doktoranturaya ixtisas üzrə qəbul imtahanında minimum keçid balının 25-dən 20 bala endirilməsi barədə qərar səs qoyularaq qəbul edilib. Sonra “UNEC Professoru” vəzifəsi və onun tutulması haqqında Qaydalar”a dair təkliflər səsləndirilib və təkliflərin qaydalarda nəzərə alınaraq daha da təkmilləşdirilməsi qərara alınıb.

Şura üzvlərinin səsverməsi ilə “UNEC Kiçik və Orta Biznes Tədqiqat və İnkişaf Mərkəzi”nin, “Gənc Müəllimlər Şurası”nın, “Qiyabi və Əlavə Təhsil Mərkəzi”nin əsasnamələri, eləcə də “Magistr dissertasiyasının yazilması və qiymətləndirilməsi Qaydaları”, “UNEC-in Dərbənd filialına köçürmə Qaydaları” böyük səs çoxluğu ilə qəbul olunub.

https://news.unec.edu.az/xeber/125-universitet/7343-unec-de-elmi-shuranin-iclasi-kechirilib

36 1