UNEC-də ingilis dili dərsi Ulu Öndərə həsr edilib

Mayın 10-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakultəsində ingilis dili dərsi Ulu Öndər HeydərƏliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilib.

Xarici dillər-2 kafedrasının müəllimi Nübar Tağıyeva tələbələrə Ümummilli Liderin həyatı və siyasi irsi haqqında məlumat verib, dahi rəhbərin ölkəmizin gələcəyi naminə gördüyü işlərdən, gənclərə göstərdiyi qayğıdan danışıb. N.Tağıyeva bildirib ki, məhz Ulu öndərin fəaliyyəti  nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamaqla dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib.

I kurs tələbələri hazırladıqları slaydları təqdim edərək, Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin, mədəniyyətin inkişafı yolunda Ulu Öndərin gördüyü işlərdən danışıblar.

*

WhatsApp-Image-20160510 (2) WhatsApp-Image-20160510 (3) WhatsApp-Image-20160510 (4)

2713 1