UNEC-də keçirilən Beynəlxalq Konqres öz işini yekunlaşdırıb

30 OKTYABR 2015 | OXUNUB:
2118

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ev sahibliyi etdiyi XIII Beynəlxalq Türk Dünyası İctimai Elmlər Konqresi öz işinə yekunlaşdırıb. Konqres 230 elmi işin təqdimatı və müzakirəsi ilə yadda qalıb. Tədbirdə müzakirə edilən bütün elmi məqalələrin kitab formasında çap olunacağı qərara alınıb.

Tədbirin yüksək səviyyədə təşkilinə görə, Azərbaycan Dövlət İqtisad Universitetinə, xüsusən Türk dünyası işlətmə fakültəsinin professor- müəllim heyətinə və könüllü tələbələrə təşəkkür edilib.

Beynəlxalq Türk Dünyası İctimai Elmlər Konqresinin növbəti toplantısının 2016-cı ildə Türkmənistanda keçiriləcəyi nəzərdə tutulub.

Qeyd edək ki, XIII Beynəlxalq Türk Dünyası İctimai Elmlər Konqresində dünyanın 12 ölkəsindən 250-ə yaxın elm adamı, həmçinin 12 xarici universitet rektoru iştirak edib.. İctimai elmlər sahəsində özünəməxsus yeri olan ənənəvi tədbirdə  elmi işlərin məruzəsi və müzakirəsi həyata keçirilib.

2119 1