UNEC-də magistraturaya qeydiyyat üçün son tarix: 15 iyul

11 İYUL 2020 | VIEWS:

UNEC-də magistraturaya qeydiyyat üçün onlayn sənəd qəbulu qaydalara uyğun olaraq, iyulun 15-dək aparılacaq.

Magistraturaya qəbul olan bakalavrlar arayışlarla bağlı UNEC-in onlayn “Bir pəncərə” xidmətinə müraciət edə bilərlər. Arayışlar 1 gün ərzində onlayn olaraq müraciət edənlərə təqdim olunacaq. Magistraturaya sənəd qəbulu şənbə və bazar günləri də aparılacaq.

“Bir pəncərə” xidməti

Qeyd: Bəzi sosial şəbəkələrdə UNEC-də magistraturaya qeydiyyat üçün sənəd qəbulunun iyulun 12-dək aparılacağı barədə məlumatlar yayılıb. Bu məlumatlar yanlışdır və sənəd qəbulu DİM-nin qərarına əsasən, 6-15 iyul  tarixlərində aparılır.

http://news.unec.edu.az/xeber/142-magistr/6653-bold-red-unec-de-magistraturaya-geydiyyat-uchun-son-tarix-15-iyul-bold-red