UNEC-də “Mentor-Müəllim Sistemi” – QAYDALAR

14 NOYABR 2017 | VIEWS:
1755

UNEC-in bütün fakültələrində “Mentor-Müəllim Sistemi” tətbiq edilir.

Artıq təhsilin bakalavr pilləsində bütün qrupların mentorları müəyyən edilib və onlar öz fəaliyyətlərinə başlayıblar. “Mentor-Müəllim Sistemi” nin Magistratura Mərkəzi, UNEC Biznes Məktəbi və Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində də tətbiq edilməsi istiqamətində işlər görülür.

“Mentor-Müəllim Sistemi” üzrə Qaydaları təmin edirik:

  1. Tələbənin akademik və sosial sahədəki inkişafını izləyir, uğurlarını artırır;
  2. Tələbənin davamiyyətini diqqərdə saxlayır;
  3. Dərs zamanı tələbənin əldə etdiyi nəticələri nəzarətdə saxlayır, lazımi anda müdaxilə edir;
  4. Tələbənin şəxsi keyfiyyətlərinin formalaşmasını və özünü dəyərləndirmə bacarığını inkişaf etdirir;
  5. İmtahana hazırlıq mərhələsində tələbəyə sistemli çalışma, vaxtın idarə edilməsi, stress menecment, psixoloji dayanıqlıq kimi istiqamətlərdə tövsiyələr verir;
  6. Tələbənin inkişaf potensialını müəyyən edir və bacarığını dəyərləndirməyə köməklik göstərir.
  7. Tələbənin universitet ilə bağlılığını qoruyur, sosial məsuliyyətliliyini artırır;
  8. Tələbənin karyera qurması və əmək bazarının tələblərini öyrənməsi istiqamətində tövsiyələr verir;
  9. Təhsil aldığı istiqamət üzrə təcrübənin artırılması üçün tələbəyə məsləhətlər verir;
  10. Tələbənin şəxsi problemləri ilə yaxından maraqlanır, lazımi dəstəyi göstərir;
  11. Tədris müddətində tələbənin motivasiyasını yüksəltmək üçün maraqlı layihələr həyata keçirir;
  12. Universitet ilə ailə arasında əlaqələri gündəmdə saxlayır, əməkdaşlığı təmin edir;
  13. Tələbələrlə mütəmadi olaraq, valideynlərlə ehtiyac olduğu təqdirdə, ayda 1 dəfə görüşür.

 

1756 1