UNEC-in nümayəndələri “Ali təhsildə keyfiyyətin təminatı” elmi konfransında

26 DEKABR 2016 | VIEWS:
2032

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndələri Lənkəran Dövlət Universitetində keçirilən “Ali təhsildə keyfiyyətin təminatı” mövzusunda respublika elmi konfransında iştirak ediblər.

İki gün davam edən konfransda (UNEC) prorektoru, dosent Şaiq Əsgərovun məruzəsi “Əmək bazarında yüksək ixtisaslı kadrların təminatı” mövzusunda olub. UNEC-in Elm şöbəsinin müdiri, i.e.d., professor Zahid Məmmədov “Modern ali təhsil məktəblərin məqsədi: qlobal çağırışlar və real imkanlar” mövzusunda məruzə ilə çıxış edib. UNEC professoru diqqəti yeni təhsil texnologiyalarının ali təhsildə tətbiqi, təhsil keyfiyyətinin təmin olunmasında Avropa standartlarının, ikili təhsil proqramlarının rolu və əhəmiyyətinə yönəldib.

Professor Z.Məmmədov həmçinin Lənkəran Dövlət Universitetinin “Elmi Xəbərləri” elmi nəşrinin redaksiya heyətinin üzvlüyünə qəbul edilib.

2033 1