UNEC-də qış məktəbinin növbəti mərhələsinə start verildi

06 FEVRAL 2016 | VIEWS:
1087

Fevralın 6-dan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) gənc müəllimləri üçün təlimlərin ikinci mərhələsinə başlanılıb.30 müəllimdən ibarət heyət UNEC-in Quba Tədris, İdman və İstirahət Kompleksinə yola düşüb.

“Gənc müəllimlər üçün tədris metodikası” adlı növbəti təlim layihəsinin əsas təlimçisi Türkiyənin Uludağ Universitetinin təcrübəli professorlarından olan Ercan Dülgeroğludur. Təlimlərdə UNEC-in gənc müəllimlərinə “dünya təcrübəsində peşəkar universitet müəllimi kimi yetişmənin təməl şərtləri və xüsusiyyətləri”, “mühazirə və məşğələ dərslərinə hazırlıq prosesinin metodikası”, “dərsləri effektiv təşkiletmənin əsas şərtləri və metodikası”, “iqtisadçı kimi düşünmə tərzi”, “iqtisadın tədrisi xüsusiyyətləri”, “UNEC-in differensial əmək haqqı sistemi”, “doktorantura təhsili”, “müəllimlərin özəl sektorla əməkdaşlıq mexanizmləri” kimi mövzularda biliklər verilməsi nəzərdə tutulub. Layihənin əsas məqsədi UNEC-in gənc müəllimlərinin peşə bacarıqlarını inkişaf etdirmək və onların akademik həyata inteqrasiyasını sürətləndirməkdir.

Müəllimlərin asudə vaxtlarının səmərəli keçirmələri üçün sosial-mədəni tədbirlər və idman oyunları da təşkil ediləcək. 6 gün davam edəcək təlimləri uğurla başa vuran müəllimlərə müvafiq sertifikatlar təqdim olunacaq.

1088 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno