UNEC tələbələrinə gələcəyin iş yerini indidən seçmə imkanı yaradılıb

10 DEKABR 2015 | VIEWS:
2397

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tələbələrə nəzəriyyə ilə təcrübəni birləşdirmək və karyera qurmaları üçün növbəti imkanı yaradıb. Əmtəəşünaslıq fakültəsinin tələbələri bu dəfə “ALYANS TEXTİL MMC” müəssisəsindəki istehsal prosesi ilə yaxından tanış olublar.

İnformasiya turunda tələbələr müəssisənin fəaliyyəti, istehsal edilən məhsullar, onların çeşidi, tətbiq edilən müasir avadanlıqlar,tikili malların istehsal texnologiyasının keyfiyyətə təsiri barədə ətraflı məlumat alıblar.

Tədbirdə fakültə ilə “ALYANS TEXTİL MMC” arasında əlaqələrin daha da genişləndirilməsi, təcrübə mübadiləsinin perspektiv istiqamətləri barədə müzakirələr aparılıb.

Sonda müəssisədə gənclərə yaradılan karyera imkanları barədə tələbələrin ünvanladığı suallar cavablandırılıb.

2398 1