UNEC-də təlim: “Kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə savadlılığının artırılması”

28 DEKABR 2017 | VIEWS:
1601

UNEC-də “Kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə savadlılığının artırılması” mövzusunda təlim təşkil edilib.

Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanının icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyində müvafiq Strateji Plan təsdiq edilib. Sənədin icrası məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetində “Milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı UNEC-in Strateji Planı (2017-2020-ci illər üçün)” təsdiqlənib.

Strateji plan çərçivəsində kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə savadlılığının artırılması məqsədilə təlim keçirilib.

UNEC-in Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev bildirib ki, Strateji Plan çərçivəsində həyata keçiriləcək təlimlərdə nəzərdə tutulan mövzuların hər biri kiçik və orta sahibkarlıq subyektinin fəaliyyəti prosesində meydana çıxa biləcək və onları narahat edən praktiki məsələləri özündə ehtiva etməklə formalaşdırılıb.

Təlimdə UNEC-in “Maliyyə və maliyyə institutları”, “İqtisdiyyat” və “Beynəlxalq iqtisadiyyat (ingilis dilli)” kafedralarının ekspertləri “Müəssisənin maliyyə vəziyyətinin əsas göstəriciləri”, “Bazarda mövcud olan maliyyə məhsulları və xidmətləri”, “Kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə məhsulları və xidmətlərindən istifadə prosesində meydana çıxan əsas risklər” mövzusu üzrə Azərbaycan Resbublikası Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının əməkdaşları və gənc sahibkarlar qarşısında təqdimtalarla çıxış ediblər. Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

1602 1