UNEC-də vebinar: “BMT və beynəlxalq təşkilatlarda təcrübə və iş imkanları”

04 DEKABR 2017 | OXUNUB:
211

UNEC ilə mərkəzi Avstriyanın paytaxtı Vyana şəhərində yerləşən “Talent-Tech Consulting” Şirkəti birgə vebinar keçiriblər.

Azərbaycanda ilk dəfə olaraq UNEC-də keçirilən vebinarın “Birləşmiş Millətlər Təşkilatı və beynəlxalq təşkilatlarda təcrübə və iş imkanları” mövzusunda olub. Vebinarda UNEC-in IV kurs tələbələri, magistr və məzunları iştirak ediblər.

Vebinarı şirkətin təsisçisi Mətanət Rəhimova keçib. İngilis dilində keçirilən vebinarda beynəlxalq təşkilatlarda təcrübə və iş imkanları ilə bağlı geniş məlumat verilib. Dinləyicilər müvafiq resurslarla tanış edilib, karyerayönümlü məsləhətlər alıblar. Sonda vebinar iştirakçılarına mövzu ilə əlaqədar faydalı materiallar təqdim edilib.

212 2