Beynəlxalq İqtisadiyyat Məktəbi gənc müəllimlərini təqdim edir: Öyrəndiklərimi Azərbaycanda tətbiq etməyə borcluyam

02 NOYABR 2015 | VIEWS:
3742

Azərbaycan Dövlət İqtisad Universitetinin(UNEC) dünyanın nüfuzlu London Universiteti/London İqtisadiyyat Məktəbinin məzunu olan gənc müəllimini təqdim edirik:

Borçalı Araz Aydın oğlu. 12 dekabr 1989-cu ildə Bakıda anadan olub. Baki Slavyan Universitetinin nəznində Humanitar litseyi bitirib. 628 balla Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinə qəbul olunub. Universitetdə təhsil aldığı müddətdə “Work and Travel” proqramı çərçivəsində ABŞ-da müxtəlif işlərdə çalışıb. İslam İnkişaf Bankının Bakıda keçirilən 35-ci illik konfrasında könüllü olaraq tərcüməçi kimi fəaliyyət göstərib. 2010-2011-ci illərdə “Finre Consulting” şirkətində lahiyə üzrə tərcüməçi vəzifəsində çalışıb.

Universiteti fərqlənmə ilə bitirib. 2012-ci ildə hərbi xidmətini başa vuraraq, ADA Universitetinin Diplomatiya və Beynəlxalq münasibətlər ixtisasi üzrə Magistr proqramına daxil olub.ADA uniervsitetini akademik göstəricilər əsasənda təqaüdlə bitirib. Təhsil aldığım müddətdə “Statoil” şirkətinin Bakı ofisində araşdırmaçı, 2013-cü ilin iyul ayında Azərbaycanın Vaşinqtondakı səfirliyində konsulluq şöbəsində köməkçi vəzifələrində çalışıb.

ADA Universitetini bitirdikdən sonra “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsindəLondon Universiteti/London İqtisadiyyat Məktəbində (LSE)(London School of Economics and Political Science) Beynəlxalq Siyasi İqtisad ixtisası üzrə Magistr dərəcəsini əldə edib.

2015-ci ildən UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində Transmilli korporasiyalar fənnindən dərs deyir.

– Gənc yaşda auditoriyaya daxil olmaq necə hissdir?

– Müəllim fəaliyyətinə sentyabrdan başlamışam. Bilirsiniz ki, auditoriyanı bir neçə ay öncə tərk etmişəm. Məzun olandan sonra həmən müəllimlik etmək maraqlıdır. Həm də fərqlidir. Mən UNEC-ə fərqli mühitdən gəlmişəm və çalışıram ki, burada da eyni mühiti yaradam. Bu, bir az çətindir, amma tələbə həyatı mənim üçün o qədər də uzaqda qalmayıb, demək olar ki, auditoriyadan birbaşa auditoriyaya keçmişəm. Arada elə çox fasilə olmayıb deyə, yaşadıqlarım yaxşı yadımdadır. Çox yaxşı təcrübə əldə etmişəm və indi mənə yaradılan bu şəraitdə bütün təcrübəmi müəllim kimi tətbiq edəcəyəm.

– Bu təcrübələrdən danışmağınızı xahiş edərdik…

– LSE-yəgetməzdən öncə, ADA Universitetində oxumuşam. ADA-da Amerikatəhsil sistemi tətbiq olunur. Orada çalışan müəllimlərin əksəriyyəti azərbaycanlı olsalar da, doktorantura təhsillərini Amerikada alıblar. Bu, ingilis təhsil sistemindən bir az fərqlidir. Amerkatəhsil sistemi daha rahatdır. Bu sistem tələbəyəöyrənmək üçün daha çox vaxt verir. Dərs materialını bir neçə hissəyə bölməklə daha sadələşdirilmiş üsulla, həmçinin daha dərindən öyrənmək imkanı tanıyır.

İngilis təhsil sistemində isəqaydalar daha sərtdir. Dərslər nisbətən daha kompakt formada keçirilir. Biliyin qiymətləndirilməsi isə həddindən artıq sərtdir. LSE-nin qiymətləndirilməsi həddindən artıq çətin prosesdir.

– Bir az Azərbaycandakı təhsil sistemi ilə müqayisə edə bilərik?

– Məsələn, Azərbaycan təhsil sistemində humanistlik yüksək səviyyədədir. Müəllim tələbələri anlamağa çalışır, çətinliklərini başa düşür. Nəzərə alınır ki, insanların həyat səviyyəsi eyni deyil. Amma Londonda belə deyil. Orada müəllim üçün fərqi yoxdur tələbə kimdir və haradan gəlib, hansı problemləri var və s. Hamıya eyni, həm də çox sərt münasibət bəslənir. Biliyin qiymətləndirilməsinə gəlincə isə, orada bir həftə ərzində yeddi imtahan verə bilərsiniz. Yəni siz şikayət etsəniz belə, nəzərə alınmayacaq. Məsələn, Azərbaycanda tez-tez deyirlər ki, Avropada tələbənin fikirləri nəzərə alınır. Bəli, nəzərə alınır, amma hər sahədə yox. Siz bir həftədə yeddi imtahana girməlisiniz və kəsilsəniz, o imtahanı yenidən vermək şansınız yoxdur. Ancaq bir ildən sonra yenidən gəlib imtahan verə bilərsiniz.

– Təhsil sistemindəki fərqdən danışdıq. Tələbələrimiz haqda nə deyə bilərsiniz?

– Mən Beynəlxalq İqtisadiyyat Məktəbində III kurslara dərs deyirəm. Tələbələr çox savadlıdır. Bundan başqa, mənim bakalavr təhsili aldığım dönəmlə müqayisə etsək ki, bu çox da uzaq keçmiş deyildir, tələbələrimizdə proqres görürəm. İndi tələbələr istənilən mövzuda müzakirəyə açıqdırlar. Hətta tənqidi mövzuda da. Biz bunu edə bilməzdik, bu, birbaşa qiymətimizə təsir edirdi. Amma indi görürəm ki, tələbələrdə istənilən mövzunu təftiş etmək qabilliyyəti var və bu çox vacib faktordur. Dərs materialınıöyrənməkdənsə, ona tənqidi yanaşma qabilliyyəti qat-qat vacibdir. Mənim üçün hər mövzunu sualaltına qoymaq daha vacibdir, nəinki, onu kor-koranə əzbərləmək. Sirr deyil ki, sual doğurmayan material zamanla yaddan çıxır. Siz sual verməli, onu düşünməli, analiz etməli, təhlil etməlisiz və artıq bu dərs yadınızda qalacaq. Buna görə də mən çalışıram dərsdə bu metoddan istifadə edim. Görürəm ki, uşaqlar müzakirələrdə çox fəal iştirak edirlər.

LSE-də gördüyünüz, öyrəndiyiniz və Beynəlxalq İqtisadiyyat Məktəbində tətbiq etdiyiniz hansı metodlar var?

– Beyəlxalq İqtisadiyyat Məktəbində dərslərfərqli formada keçirilir. Bunlardan ən əsası, mühazirələrin deyilməsidir. Mənim üçün mühazirə auditoriyada 80 dəqiqə dayanmadan danışmaq deyil. Mən mühazirədə təxminən on dəqiqə izah edirəm, bir fikir tamamlanır və sual verirəm. Beləliklə, həm yoxlayıram görüm tələbələr mühazirəyə necə qulaq asırlar, həm də artıq mühazirə zamanı düşünməyə başlayırlar. Sualın cavabını axtarır, müəyyən fikirlər səsləndirirlər. Bu metodla onlar dərsi oxumamış, artıq öyrənməyə başlayırlar. Həm də bu üsul onların düşünmə qabilliyyətlərini inkişaf etdirir. Bəzən arqumenti deməmiş, sualı verirəm. Olur ki, düz tapırlar. Doğru cavabı məntiqlə də tapa bilmək çox vacib faktordur.

– Seminarlar necə təşkil olunur?

– Məşhur bir ifadə var ki, əgər nəyisə sadə dildə izah edə bilmirsinizsə, deməli onu başa düşmürsünüz. Seminarlarda bu prinsipi əsas götürürəm. Tələbədən dərsi sadə dildə izah etməsini tələb edirəm. Dərk etmək lazımdır, əzbərləmək yox. Onları motivasiya edirəm ki, başa düşdüyünüz dildə izah edin. Nümunələrlə işləməyə çalışıram. Məsələn, regional ticari müqavilələrin beynəlxalq ticari müqavilələrə təsirini keçirik. Soruşuram ki, investisiya etdiyi ölkənin bağladığı ticari müqavilənin “Apple”-ın investisiyasına necə təsir edir?Nümunə ilə izah edin!Bu tələbə üçün asandır, nəzəri izah isə o qədər effektli olmur.

Mən Birləşmiş Krallığın, eləcə də dünyanın iqtisadiyyat və sosial elmlər üzrə ən nüfuzlu universitetlərindən biri olan LSE-də “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almışam. Məni Azərbaycan dövləti oxudub. Mənim də borcumdur ki, öyrəndiklərimi Azərbaycanda tətbiq edim. Buna görə də gənc müəllimlərə yaradılan şəraiti yüksək dəyərləndirirəm. Əlimdən gələni etməyə çalışıram ki, bir gənc olaraq bu etimadı doğruldum.

Qeyd: Azərbaycan Dövlət İqtisad Universitetində xaricdə təhsil almış 121 gənc müəllim işə cəlb olunub. Onların 68-i ABŞ, Kanada və Avropanın nüfuzlu universitetlərinin məzunudur.

3743 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno