UNEC-in əməkdaşı Beynəlxalq Festivalın Xüsusi mükafatını qazanıb

03 İYUL 2020 | OXUNUB:
120

UNEC-in əməkdaşı Seyran Cəfərli Ruminyada keçirilən “Altın Alma 2020” 36-cı Beynəlxalq Satira və Yumor Festivalında Xüsusu mükafata layiq görülüb.

Bistrita şəhər Mədəniyyət və Sənət Evinin kecirdiyi fesivala 57 ölkədən 800-dən cox karikaturaçının 1700 əsəri təqdim olunub.

UNEC-in Marketinq və kommunikasiya departamentinin əməkdaşı Seyran Cəfərlinin təqdim etdiyi karikatura əsəri münsiflər heyəti tərəfindən Xüsusi Mükafata layiq görülüb.

42-dən çox beynəlxalq karikatura müsabiqəsinin münsiflər heyətinin üzvü olan Seyran Cəfərli 100-dən artıq beynəlxalq mükafata, o cümlədən BMT-nin xüsusi mükafatını qazanıb.

Onun beynəlxalq karikatura müsabiqələrində 1000-dən çox əsəri sərgilənib, albomlarda dərc edilib. Belçika, Türkiyə, Fransa və İranda isə fərdi sərgiləri təşkil olunub.

Seyran Cəfərlinin koronavirus pandemiyasına həsr etdiyi karikatura əsəri məşhur Niderland saytı olan Cartoon Movement-də TOP 10-a daxil olub.

Seyran Cəfərlini təbrik edirik, ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

http://news.unec.edu.az/rubrika/76-unec-istedad/6630-bold-red-unec-in-emekdashi-beynelxalg-festivalin-xususi-mukafatini-gazanib-bold-red

121 1