UNEC-in hədəfi savadlı abituriyentlərdir

19 SENTYABR 2017 | VIEWS:
2201

UNEC rektoru, professor Ədalət Muradov 700 bal toplayaraq UNEC-ə qəbul olan Arzu Məmmədzadə və Cavad Əliyevlə görüşüb.

Tələbələri ən yüksək nəticələr əldə etmələri və yeni tədris ili münasibətilə təbrik edən rektor, UNEC-i seçdikləri üçün onlara təşəkkürünü bildirib. Universitetin hərtərəfli inkişafının təməlində savadlı tələbələrin dayandığını və ən yüksək bal toplayan tələbələrin UNEC-i seçməsini qürurverici fakt kimi qiymətləndirilib.

Tələbələrə təhsil alacaqları Beynəlxalq İqtisadiyyat Məktəbinin üstünlüklərindən danışan rektor fakültədə tədris edən müəllimlərin Avropanın nüfuzlu universitetlərinin məzunları olduğunu qeyd edib. Bildirib ki, bu amil həmin fakültədə tədrisdə dünya təcrübəsinin tətbiqinə, həmçinin sərbəst və azad tələbə-müəllim mühiti formalaşmasına xidmət edir.

Tələbələrə UNEC-in beynəlxalq əlaqələri, mübadilə proqramlarından söz açan rektor, buradaMontpelyer Universitenin diplomunu da əldə etmək imkanları olduğunu da diqqətə çatdırıb. UNEC-in tələbələrinə yaratdığı daha bir fürsət isə təhsil müddəti ərzində iki ixtisasa sahib olmaq imkanıdır ki, bu da öz növbəsində UNEC məzunlarının əmək bazarında üstün rəqabətli mütəxəssis olmasına şərait yaradır.

Rektor tələbələrə həm təhsil, həm də şəxsi inkişafla bağlı öz tövsiyələrini verib, uğurlarının davamlı olmasını diləyib. Onları UNEC-in sosial həyatında fəal olmağa çağırıb.

Sonda Arzu Məmmədzadə və Cavad Əliyevə xatirə hədiyyəsi təqdim edilib.

 

2202 1