UNEC-in keyfiyyət elçiləri təltif olunub

18 DEKABR 2015 | OXUNUB:
1805

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Keyfiyyət Şurasının üzvləri və keyfiyyət elçilərindən ibarət olan bir qrup əməkdaşı “Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar (ESG)” mövzusunda təlimdə iştirak edib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində keçirilən təlim “Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsidilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” layihəsi çərçivəsində baş tutub.

Təlimdə ali təhsil proqramlarının tərtib və təsdiq olunmasını nəzərdə tutan proseslər, proqramlar tərtib olunarkən onların qarşısında qoyulan tapşırıqlar, gözlənilən təlim nəticələri,  proqramlarda nəzərə tutulan təsnifatın ali təhsil üzrə milli təsnifat çərçivəsinə və Avropa ali təhsil məkanının təsnifat çərçivəsinə uyğunluğu, həmçinin ali təhsil müəssisələrinin proqramlarının və digər fəaliyyətlərinin səmərəli şəkildə həyata keçilməsini təmin etmək üçün ehtiyac duyulan məlumatların əldə olunması, təhlil edilməsi və istifadə edilməsi, təhsil proqramlarının hazırlanmasında tələbələrin və digər maraqlı tərəflərin iştirakının təmin edilməsi, tələbələrin tədris resurslarına çıxışının təmin olunması və tələbələrə bu sahədə dəstək verilməsi ilə bağlı geniş müzakirələr və fikir mübadiləsi aparılıb.

Təlimdə fəal iştirak etdikləri üçün UNEC-in əməkdaşlarına sertifikatlar təqdim edilib.

1806 1